Shukurov Marketing Group Shukurov Marketing Group
  • 131

Biznesin inkişafı üzrə mütəxəssis (B2B sales manager)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznesin inkişafı üzrə mütəxəssis (B2B sales manager)

  • Deadline 13 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komandamıza təcrübəli B2B satış mütəxəssisi axtarırıq. İlk zəngdən müqavilə imzalanana qədər satış prosesini siz aparacaqsınız.

Vəzifə öhdəlikləri

  • Daxil olan zəng və müraciətlərin cavablandırılması
  • Yeni müştərilərin axtarışı, şirkət sahibləri və qərar verən şəxslərlə əlaqənin qurulması
  • Görüşlərin keçirilməsi və agentliyin xidmətlərinin təqdimatı
  • Komanda ilə birlikdə kommersiya təkliflərinin hazırlanması
  • Danışıqların aparılması və müqavilələrin bağlanması
  • Sövdələşmələrin CRM sistemində aparılması

Namizədə tələblər

  • B2B satış sahəsində ən azı 3 il iş təcrübəsi
  • Şirkət sahibləri və qərar verən şəxslərlə danışıq təcrübəsi
  • Meta və Google reklamının əsaslarını bilmək: lid, konversiya, bir müraciətin qiyməti, retarqetinq (reklamı qurmaq tələb olunmur)
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət

Üstünlüklər

  • İngilis dilini bilmək
  • Digital, IT və ya konsaltinq xidmətlərinin satışı üzrə təcrübə

İş şəraiti

  • Əmək haqqı: 800-1 200 AZN, təcrübədən asılı olaraq
  • Bonus: portfelinizdəki müştərilərin agentlik xidmətləri üçün aylıq ödənişindən 10%, müştəri bizimlə işlədiyi müddətdə
  • Saytdan gələn müraciətlər və zənglər birbaşa sizə yönləndirilir
  • Müştərinin reklam kabinetinin pulsuz auditini tarqetoloq hazırlayır, kommersiya təklifi komanda ilə birlikdə tərtib olunur
  • İş yeri: Bakı, Old Town Plaza 

Maraqlanan namizədlər CV-lərini və özləri haqqında qısa məlumatı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində «B2B sales manager» qeyd olunmalıdır.

  • Daily7
  • Weekly345
  • Monthly924