Komandamıza təcrübəli B2B satış mütəxəssisi axtarırıq. İlk zəngdən müqavilə imzalanana qədər satış prosesini siz aparacaqsınız.
Vəzifə öhdəlikləri
- Daxil olan zəng və müraciətlərin cavablandırılması
- Yeni müştərilərin axtarışı, şirkət sahibləri və qərar verən şəxslərlə əlaqənin qurulması
- Görüşlərin keçirilməsi və agentliyin xidmətlərinin təqdimatı
- Komanda ilə birlikdə kommersiya təkliflərinin hazırlanması
- Danışıqların aparılması və müqavilələrin bağlanması
- Sövdələşmələrin CRM sistemində aparılması
Namizədə tələblər
- B2B satış sahəsində ən azı 3 il iş təcrübəsi
- Şirkət sahibləri və qərar verən şəxslərlə danışıq təcrübəsi
- Meta və Google reklamının əsaslarını bilmək: lid, konversiya, bir müraciətin qiyməti, retarqetinq (reklamı qurmaq tələb olunmur)
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət
Üstünlüklər
- İngilis dilini bilmək
- Digital, IT və ya konsaltinq xidmətlərinin satışı üzrə təcrübə
İş şəraiti
- Əmək haqqı: 800-1 200 AZN, təcrübədən asılı olaraq
- Bonus: portfelinizdəki müştərilərin agentlik xidmətləri üçün aylıq ödənişindən 10%, müştəri bizimlə işlədiyi müddətdə
- Saytdan gələn müraciətlər və zənglər birbaşa sizə yönləndirilir
- Müştərinin reklam kabinetinin pulsuz auditini tarqetoloq hazırlayır, kommersiya təklifi komanda ilə birlikdə tərtib olunur
- İş yeri: Bakı, Old Town Plaza
Maraqlanan namizədlər CV-lərini və özləri haqqında qısa məlumatı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində «B2B sales manager» qeyd olunmalıdır.