Vəzifə öhdəlikləri:
– Texniki şöbənin gündəlik fəaliyyətini planlaşdırmaq və nəzarətdə saxlamaq;
– Texniki heyətin iş bölgüsünü təşkil etmək və işlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
– Elektrik, santexnika, havalandırma, kondisioner və digər mühəndis sistemlərinin düzgün istismarına nəzarət etmək;
– Profilaktik texniki baxışların və təmir işlərinin həyata keçirilməsini təmin etmək;
– Texniki nasazlıqların operativ aradan qaldırılmasını koordinasiya etmək;
– Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
– Rəhbərliyə görülən işlər barədə mütəmadi hesabat təqdim etmək.
Namizədlərə tələblər:
– Təhsil: Texniki sahədə ali və ya orta ixtisas təhsili;
– İş təcrübəsi: Texniki sahədə ən azı 3 il, rəhbər vəzifədə isə minimum 1 il iş təcrübəsi;
– Elektrik, santexnika və ümumi bina texniki sistemləri üzrə biliklər;
– Komandanı idarəetmə və təşkilatçılıq bacarığı;
– Məsuliyyətli, operativ və problem həll etmə bacarığı;
– MS Office proqramlarından istifadə bacarığı.
İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Şuşa şəhəri
– Yerləşmə və qidalanma şirkət tərəfindən təmin olunur
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 900-1000 manat təşkil edir