S.I.G.N LTD S.I.G.N LTD
  • 417

Kadrlar üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kadrlar üzrə mütəxəssis

  • Deadline 9 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə tələblər:

  •  Ali təhsil (İnsan Resurslarının İdarəedilməsi sahəsi üzrə təhsil üstünlükdür);
  •  İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
  •  Azərbaycan Respublikası Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
  •  ƏMAS sistemi ilə işləmə bacarığı;
  •  Əməkhaqqı hesablamaları üzrə biliklər;
  •  MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
  •  Analitik düşünmə, məsuliyyətlilik və detallara diqqət;
  •  Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi və əmək müqaviləsinə xitam verilməsi proseslərinin ƏMAS sistemi üzərindən həyata keçirilməsi və sənədləşdirilməsi;
  • Məzuniyyət əmrlərinin hazırlanması, məzuniyyət haqlarının, kompensasiyaların və son haqq-hesabın hesablanması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, müvafiq sənədlərin toplanması və arxivləşdirilməsi;
  • Əmək kitabçalarının doldurulması və qeydiyyatının aparılması;
  • Xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi, hesablanması və müvafiq sistemlərdə işlənməsi;
  • İşçilərin gündəlik davamiyyətinə nəzarət edilməsi və tabel uçotunun aparılması;
  • Vakansiyaların elan edilməsi, CV-lərin dəyərləndirilməsi, namizədlərlə müsahibələrin təşkili və keçirilməsi;
  • İşçilərlə effektiv kommunikasiyanın qurulması və yaranan məsələlərin həllində iştirak;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti

  • Əmək Haqqı: 800-1000 AZN
  • İş Qrafiki: 5 günlük iş həftəsi
  • İş rejimi: 09:00 – 17:00
  • İstirahət günü: Şənbə, bazar günləri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kadrlar üzrə mütəxəssis” göstərməyiniz xahiş olunur.

Qeyd: ZƏNGLƏRƏ BAXILMIR

  • Daily0
  • Weekly363
  • Monthly844