Namizədə tələblər:
- Ali təhsil (İnsan Resurslarının İdarəedilməsi sahəsi üzrə təhsil üstünlükdür);
- İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
- ƏMAS sistemi ilə işləmə bacarığı;
- Əməkhaqqı hesablamaları üzrə biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə, məsuliyyətlilik və detallara diqqət;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi və əmək müqaviləsinə xitam verilməsi proseslərinin ƏMAS sistemi üzərindən həyata keçirilməsi və sənədləşdirilməsi;
- Məzuniyyət əmrlərinin hazırlanması, məzuniyyət haqlarının, kompensasiyaların və son haqq-hesabın hesablanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, müvafiq sənədlərin toplanması və arxivləşdirilməsi;
- Əmək kitabçalarının doldurulması və qeydiyyatının aparılması;
- Xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi, hesablanması və müvafiq sistemlərdə işlənməsi;
- İşçilərin gündəlik davamiyyətinə nəzarət edilməsi və tabel uçotunun aparılması;
- Vakansiyaların elan edilməsi, CV-lərin dəyərləndirilməsi, namizədlərlə müsahibələrin təşkili və keçirilməsi;
- İşçilərlə effektiv kommunikasiyanın qurulması və yaranan məsələlərin həllində iştirak;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti
- Əmək Haqqı: 800-1000 AZN
- İş Qrafiki: 5 günlük iş həftəsi
- İş rejimi: 09:00 – 17:00
- İstirahət günü: Şənbə, bazar günləri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kadrlar üzrə mütəxəssis” göstərməyiniz xahiş olunur.
Qeyd: ZƏNGLƏRƏ BAXILMIR