İş rejimi: 6 günlük
Əmək haqqı: Razılaşma əsasında
Biz, Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olaraq, premium yaşayış kompleksləri və iri miqyaslı layihələrin uğurla həyata keçirilməsi üzrə ixtisaslaşmışıq. Yüksək keyfiyyət standartlarına sadiq qalaraq, layihələrimizin hər mərhələsində peşəkar yanaşma tətbiq edirik.
Bu istiqamətdə komandamıza təcrübəli Memar axtarışındayıq.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Memarlıq layihələrinin konseptual həllərinin hazırlanması və inkişaf etdirilməsi
- İşçi layihələrin (plan, kəsik, fasad və detalların və s.) hazırlanması və optimallaşdırılması
- Layihələrin mövcud normativlərə, tikinti qaydalarına və texniki standartlara uyğunluğunun təmin edilməsi
- Layihənin bütün mərhələlərində (eskiz, layihə, icra) iştirak və koordinasiya
- Tikinti prosesində müəllif nəzarətinin həyata keçirilməsi və sahə komandası ilə sıx əməkdaşlıq
- Layihələrin vaxtında və keyfiyyətlə tamamlanmasının təmin edilməsi
- Tikinti prosesində müəllif nəzarətinin həyata keçirilməsi
- Layihə üzrə memarlıq həllərinin düzgün tətbiqinə nəzarət
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Memarlıq sahəsində ali təhsil
- Minimum 4 il müvafiq iş təcrübəsi
- Uğurla tamamlanmış və təhvil verilmiş layihələr (portfolio mütləqdir)
- AutoCAD, Revit, SketchUp/3Ds Max proqramlarında yüksək səviyyədə bilik
- Analitik düşüncə, detallara diqqət və nəticəyönümlülük
- Komanda ilə işləmə və məsuliyyətli yanaşma
- Kişi namizədlərə üstünlük verilir
Yalnız tələblərə uyğun namizədlərə dönüş ediləcəkdir. Uyğun namizədlər öz CV məlumatlarını başlıq hissəyə vakansiya adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər.