Tələblər
- Dil biliyi: Azərbaycan dili-əla, Rus və İngilis dili arzu olunandır;
- Yaş 22-30, Xanım namizədlər üçün
- Orta (orta ixtisas, ali) təhsilli və ya xüsusi əlavə hazırlıq keçmiş, bu sahədə ən azı 1 illik iş stajına malik olması arzu olunandır.
- Kompüter biliyi: MS Office standart kompüter proqramları (Outlook, Word və ya Excell);
Bacarıq və şəxsi keyfiyyətlər:
- İşgüzar ünsiyyət və yazışmalar etikası;
- Kollektivdə işləmək bacarığı;
- Səliqəlilik;
- Məsuliyyət;
- Stresə davamlılıq;
- Diqqətlilik;
- Dəqiqlik;
- İnsanlarla işləmək bacarığı.
Vəzifə öhdəlikləri
- Aviabiletlərin bronlaşdırılması, yer təxsisi və satışını həyata keçirmək;
- Aviabiletlərin satışı zamanı tarif və yığımları düzgün tətbiq etmək;
- Sərnişinlərə aviabiletlərin qiymətləri, reyslər, daşıma qaydaları və xidmətlər barədə düzgün və dolğun məlumat vermək;
- Sərnişinlərin tələbatına uyğun aviabiletləri təqdim etmək və satış prosesini operativ şəkildə həyata keçirmək;
- Aviabiletlərin sərnişinin iştirakı və şəxsiyyəti təsdiq edən sənəd əsasında rəsmiləşdirilməsini təmin etmək;
- Sərnişinlərə növbə ardıcıllığına uyğun, nəzakətli və keyfiyyətli xidmət göstərmək;
- Aviabiletlərin satışı və rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş prosedur və qaydalara riayət etmək;
- Ödənişləri düzgün və tam qəbul etmək və müvafiq satış sənədlərini rəsmiləşdirmək;
- Sərnişinlərə satışdan əvvəl və sonra aviadaşıma ilə bağlı zəruri məlumat və izahları vermək;
- Əmək intizamına və iş qrafikinə riayət etmək.
İş qrafiki - 2 növbəli
- 1-ci növbə saat 08:00-dan – saat 20:00-dək,
- 2-ci növbə saat 20:00-dan – saat 08:00-dək (ardıcıl davam edən 2 (iki) iş günü və onun ardınca gələn 2 (iki) istirahət günlərindən ibarətdir)
Əməkhaqqı
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
İş yeri
- Heydər Əliyev Beynəlxalq Aeroportu
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.