1C üzrə Administrator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

1C üzrə Administrator

  • Deadline 10 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər Qrupunda hazırda “1C üzrə Administrator” vakansiyası mövcuddur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu 1C sisteminin fasiləsiz işləməsini və 1C sisteminin istifadəçilərinə texniki dəstəyin təmin edilməsindən ibarətdir.

Vəzifə öhdəlikləri:

Sistem idarəetməsi:

  • 1C serverlərinin və verilənlər bazalarının dəstəklənməsi və idarə edilməsi.
  • Sistemin işinin monitorinqi və nasazlıqların vaxtında aradan qaldırılması.
  • 1C və digər informasiya sistemləri arasında məlumat mübadiləsinin qurulması və saxlanması.

Yeniləmə idarəetməsi:

  • 1C sistemində yeniliklərin aparılması, tətbiq olunmazdan əvvəl yeni versiyaların və modulların sınaqdan keçirilməsi.

Quraşdırma və optimallaşdırma:

  • Sistemin səmərəliliyini artırmaq üçün 1C-də parametrlərin həyata keçirilməsi, biznes proseslərinin optimallaşdırılması.
  • 1C ERP sisteminin qurulmasında və konfiqurasiyasında iştirak, baş mütəxəssislərin rəhbərliyi altında sadə dəyişikliklərin həyata keçirilməsi.
  • 1C platformasında yeni həllərin tətbiqi üzrə layihələrdə iştirak və baş mütəxəssislərin rəhbərliyi altında digər sistemlərlə inteqrasiya

İstifadəçi dəstəyi:

  • İstifadəçi sorğularının işlənməsi, texniki problemlərin həllində köməklik və 1C ERP sistemi ilə işləmək üzrə məsləhətlərin verilməsi
  • 1C sisteminin işləməsi ilə bağlı insidentlərin və texniki problemlərin həlli.

Təhlükəsizlik və məlumatların qorunması:

  • Giriş hüquqlarının və istifadəçilərin təyini səviyyəsində məlumat təhlükəsizliyinin təmin edilməsi.
  • Baş mütəxəssislərin rəhbərliyi altında məlumatların ehtiyat nüsxəsinin çıxarılması və bərpasının həyata keçirilməsi

Layihələrin təşkili və nəzarəti:

  • 1C sisteminin və 1C İT infrastrukturunun funksionallığı ilə bağlı layihənin idarə edilməsi.
  • Layihə sənədlərinin yaradılması, 1C sistemində dəyişikliklərin sənədli qeydlərinin aparılması.

Sənədləşdirmə və Təlim:

  • İşçilərə 1C ERP sistemi ilə işləmək üzrə əsas bacarıqların öyrədilməsi və konsultasiyası.
  • Sistemin idarə edilməsi və istismarı üzrə sənədlərin aparılması

Professional Biliklər:

  • 1C:ERP platformasının arxitekturasını və idarəetmənin əsaslarını bilmək.
  • Verilənlər bazası bacarıqları (MS SQL, PostgreSQL), sorğuların başa düşülməsi və verilənlər bazası optimallaşdırılması.
  • Məlumatların ehtiyat nüsxəsi və bərpası sistemləri ilə iş təcrübəsi.

Təhsil:

  • İT, informasiya sistemləri və ya proqramlaşdırma üzrə ali texniki təhsil
  • 1C sertifikatının və ya müvafiq sertifikatların olması arzuolunandır

İş təcrübəsi:

  • 1C ERP ilə minimum 1 il iş təcrübəsi

Professional Bacarıq və Kompetensiyalar:

  • 1C ERP ilə işləməyin əsaslarını bilmək, əsas idarəetmə və texniki dəstək bacarıqları, İT sahəsində inkişaf etmək arzusu
  • Detallara diqqət, komandada işləmək bacarığı, yaxşı öyrənmə qabiliyyəti və inkişaf etmək istəyi.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “1C üzrə Administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly463
  • Monthly1981