Anbardar

  • Deadline 24 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş Yeri: Boğça Lab (Mərdəkan q.)
İş qrafiki: 6 gün

Vəzifə öhdəlikləri:

  • Anbar üçün sifarişlərin verilməsi.
  • Xammal qəbulu zamanı faktiki say və çəkilərin düzgünlüyünə nəzarət.
  • Xammalın düzgün formada saxlaılmasını təmin etmək.
  • Qəbul olunmuş xammalların sistemə düzgün işlənməsinə nəzarət etmək.
  • İstehsalat sahəsinə tələb üzrə xammal və qablaşdırmanın təhvil verilməsi.
  • Sistem üzrə transferlərin düzgün və vaxtında edilməsi.
  • Xammalların çıxışı zamanı FİFO -ya nəzarət.

Vəzifə təsviri:

  • Anbarda stok limitin yaradılması və bu stok limitə görə xammalların sifarişini təmin etmək.
  • İstehsalat sahəsinin sifarişi zamanı gələn xammalların anbara Xammal qəbulu proseduruna uyğun Keyfiyyət mütəxəssinin iştirakı ilə  qəbul edilməsi.
  • Xammal qəbul zamanı məhsulları fakturaya uyğun olmağına nəzarət etmək. Hər-hansı bir kəsir və ya geri qaytarma barədə İstehsalat Rəhbərinə məlumatın verilməsini təmin etmək.
  • Anbara qəbul olunan bütün məhsullar üzərindəki etiket bilgilərinə uyğun şəraitdə saxlanılmasını təmin etmək.
  • Qəbul olunan xammal fakturalarını muhasibatlığa çatdırılmasını təmin etmək, Sistem üzərində anbar stokuna düzgün oturulmasına nəzarət etmək.
  • İstehsalat sahəsinə günün birinci yarsı lazım olan xammalların əl qaiməsi ilə təhvil verilməsi və sistem üzrə transferinin təmin edilməsi.
  • Anbardan çıxan xammalların transferlərini sistem üzərində vaxtında işləməli.
  • Xammalların anbara qəbulu, yerləşdirilməsi və anbardan çıxışı zamanı FİFO- ya (ilk girən ilk istifadə olunmalı) nəzarət etməli.
  • Anbarda uzun müddət hərəkətsiz qalan xammal və ya istifadə müddətinə az qalmış məhsullar haqda yazılı olaraq məlumat verməlidir.

İş Təcrübəsi: Administrator olaraq 1 il təcrübə arzuolunandır

Müraciət qaydası:
Xahiş olunur, CV-nizi
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.

  • Daily0
  • Weekly226
  • Monthly2319