Aparıcı Marketinq Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı Marketinq Meneceri

  • Deadline 1 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sinteks Şirkətlər Qrupu “Aparıcı Marketinq Meneceri” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Aparıcı Marketinq Meneceri, beynəlxalq brend partnyorları və pərakəndə satış nöqtələrindən ibarət geniş portfel üzrə inteqrasiya olunmuş marketinq strategiyalarının hazırlanması və icrasına cavabdehdir. Bu vəzifə, brendlərin qlobal komandaları, pərakəndə əməliyyatlar və mağaza daxili satış komandaları ilə sıx əməkdaşlıq tələb edir. Məqsəd, nəticəyönümlü və bir-birini tamamlayan marketinq fəaliyyətinin təmin olunmasıdır. Aparıcı Marketinq Meneceri, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brend mağazaları üzrə kampaniya planlaşdırılması, büdcə idarəçiliyi və performans hesabatlığına nəzarət edir və digər seqmentlər üzrə hesab menecerləri və marketinq mütəxəssislərinə strateji istiqamət və rəhbərlik təqdim edir. 

Vəzifə öhdəlikləri:

Marketinq Strategiyası və Liderlik:

  • Beynəlxalq brend partnyorları ilə daxili marketinq komandası arasında əsas əlaqələndirici kimi çıxış edir, brendin və şirkətin ümumi məqsədləri ilə uyğunluğu təmin edir.
  • Mono-brend və multi-brend satış nöqtələri üçün əhatəli marketinq strategiyaları hazırlayır və onları biznes məqsədləri və brend qaydaları ilə uyğun şəkildə həyata keçirir.
  • Rəqəmsal, ənənəvi və birbaşa marketinq kanalları üzrə kampaniyaların, eləcə də mağaza daxili təşviqatların, tədbirlərin və mövsümi aksiyaların planlaşdırılması və icrasına rəhbərlik edir.
  • Əməliyyat, satış və məhsul kateqoriyası üzrə komandalarla funksiyalararası əməkdaşlıq edərək kampaniyaların maksimal effektivliyini və qüsursuz icrasını təmin edir.

Marketinqin Effektivliyi və Hesabatlılıq:

  • Marketinq təşəbbüslərinin və kampaniyaların effektivliyini ölçmək üçün əsas performans göstəricilərini (KPI) müəyyən edir və daimi olaraq izləyir, yüksək investisiya gəlirliliyi (ROI) təmin edir.
  • Marketinq və kampaniya nəticələri üzrə ətraflı hesabatlar hazırlayır, brend imicini və müştəri rəyini təhlil edir, məlumat əsaslı qərarların verilməsi üçün analitikadan istifadə edir.
  • Lüks və premium seqmentlərdə fəaliyyət göstərən mono-brend mağazalar üzrə marketinqin ümumi icrasına nəzarət edir və tabeçiliyində olan iki işçinin fəaliyyət sahəsini müəyyən edir.

Birgə əməkdaşlıq:

  • Baş Marketinq Direktoru və funksional marketinq menecerləri ilə sıx əməkdaşlıq edərək marketinq fəaliyyətini şirkətin ümumi strategiyası, dəyərləri və məqsədləri ilə uyğunlaşdırır.
  • Satış və əməliyyat komandaları, eləcə də mağaza əməkdaşları ilə əməkdaşlıq edərək kolleksiya təqdimatları, aksiyalar və satış yönümlü tədbirlərə dəstək verir.
  • Vizual merçendayzinq komandası ilə birgə çalışaraq mağaza daxilində müştəri təcrübəsinin brendin imici və dəyərlərinə uyğun olmasını və yüksək müştəri məmnuniyyətini təmin edir.

Təhsil:

  • Marketinq, Brend İdarəçiliyi, Biznesin İdarə Olunması, Kommunikasiya və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi, və ya
  • Marketinq, rəqəmsal marketinq, brend menecmenti və məlumat analitikası üzrə beynəlxalq peşəkar sertifikat (məsələn: CIM, PCM, CDMP və ya ekvivalent).

İş təcrübəsi:

  • Brend idarəçiliyi, marketinq kommunikasiyaları və ya əlaqəli sahələrdə minimum 5 il iş təcrübəsi, bunun ən azı 3 ili rəhbər vəzifədə olmaqla.
  • Moda, pərakəndə satış, B2C (biznesdən istehlakçıya) və ya yaradıcı sənaye sahələrində təcrübə üstünlük sayılır.

Professional Bacarıq və Kompetensiyalar

  • Güclü liderlik və qarşılıqlı ünsiyyət bacarıqları,
  • Strateji planlaşdırma və layihələrin idarə olunması qabiliyyəti,
  • Peşəkar marketinq, kampaniya və büdcə planlaşdırma bacarıqları,
  • Brend menecmenti, kommunikasiya və şəbəkələşmə bacarığı,
  • Ünsiyyət və danışıqlar aparma qabiliyyəti,
  • Məlumat əsaslı marketinq və analitika üzrə biliklər,
  • Pərakəndə satış mühiti və istehlakçı davranışları haqqında anlayış,
  • Dinamik iş mühiti və çoxsaylı prioritetlərin idarə olunması bacarığı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı Marketinq Meneceri” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly499
  • Monthly0