Aparıcı satış təmsilçisi (Emporium Jewellery)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı satış təmsilçisi (Emporium Jewellery)

  • Deadline 11 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu satışı həyata keçirmək və təhkim olunmuş əməkdaşlara satış texnikasını mənimsəməkdə dəstək verməkdir.

Vəzifə öhdəlikləri:

  • Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirir
  • Xüsusi müştəri şəbəkəsini yaradır və inkişaf etdirir
  • Satış zamanı  yüksək müştəri xidmətini təmin edir və yaranan problemləri həll edir
  • “Total look” satışlarının ideyasını tətbiq edir
  • Satış təmsiliçiləri və kiçik satış təmsilçilərinə satış texnikasının mənimsənilməsində köməklik göstərir
  • Mağazada və anbarda məhsullların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir
  • Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət edir
  • Şirkətə məxsus əmlakların qorunub saxlanılmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırır

Məsuliyyət sahəsi:

  • Satışın həyata keçirilməsi
  • Satış təmsilçilərinin inkişaf etdirilməsinə dəstək

Professional biliklər:

  • Müştəri xidməti
  • Satış texnikası
  • MS Office Proqramları

Təhsil:

  • Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır

İş təcrübəsi:

  • Zinyət əşyalarının satışı sahəsində 3 ildən artıq iş təcrübəsi
  • Eyni iş yerində davamlı olaraq 2 ildən artıq əmək fəaliyyəti 
  • Bonus sistemi ilə işləmə təcrübəsi

Professional Bacarıq və Kompetensiyalar

  • Ünsiyyət bacarığı 
  • Problem həll etmə
  • Məsuliyyət
  • Satış bacarıqları
  • Zamanın idarəolunması
  • Məqsəd yönlük
  • Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı satış təmsilçisi (Emporium Jewellery)” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily45
  • Weekly576
  • Monthly1216