Təyin edilmiş stansiyada (soyuq və ya isti) məhsulların hazırlanması prosesini yüksək keyfiyyətlə, resept və texniki kartlara uyğun şəkildə yerinə yetirmək. Mətbəx daxilində təmizlik, sanitariya və təhlükəsizlik standartlarına əməl etmək və komanda işinə töhfə vermək.
İş şəraiti:
- İş Yeri: Boxça Lab (Mərdəkan q.)
Öhdəlikləri:
- Stansiya üzrə (soyuq, isti) gündəlik “mise en place” hazırlıqlarını vaxtında və dəqiq şəkildə yerinə yetirmək
- Məhsulların təmizlənməsi, doğranması, çeşidlənməsi və əvvəlcədən hazırlanması proseslərində iştirak etmək
- Demi Chef və CDP tərəfindən verilən təlimatlara tam riayət etmək, daxili kommunikasiyanı düzgün aparmaq və keyfiyyəti təmin etmək
- Sənaye avadanlıqları (bıçaqlar, doğrayıcılar, blendrlər və s.) ilə təhlükəsiz və düzgün şəkildə işləmək
- Hazır məhsulların və quru anbarın düzgün saxlanılması və FIFO qaydasına uyğun etiketlənməsi
- Sanitariya və təhlükəsizlik standartlarına uyğun işləmək
- İş günü sonunda stansiyanı səliqəli və təmiz vəziyyətdə təhvil vermək
- Reseptlərə və texniki kartlara tam uyğun məhsul hazırlamaq
- Təyinat verilmiş stansiyalarda olan sifarişlərin standart əməliyyat proseduruna uyğun təqdim olunması
Vəzifə tələbləri:
Təhsil
- Orta və ya peşə təhsili (qida sektorunda arzuolunandır)
İş Təcrübəsi
- Minimum 1–2 il A'la carte mətbəx təcrübəsi
Müraciət qaydası:
Xahiş olunur, CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.