Şirkət: Sinteks Şirkətlər Qrupuna daxil olan “FBCO” MMC
Vəzifənin məqsədi:
İstehsalat mətbəxində məhsulların texniki kartlara uyğun, yüksək keyfiyyət və gigiyena standartlarına əsasən hazırlanmasını təmin etmək. İstehsalat proseslərini səmərəli planlamaq, komandanın işini təşkil etmək və sifarişlərin vaxtında, israf edilmədən çatdırılmasına nəzarət etmək.
Əsas məsuliyyətlər:
- Reseptlərə uyğun olaraq məhsul və bişintilərin hazırlanmasını təşkil etmək və keyfiyyətə nəzarət etmək;
- Günlük sifarişlər əsasında istehsalat prosesini planlaşdırmaq və idarə etmək;
- Məhsulların texniki kartlarına əsasən tərkiblərin düzgün miqdarda istifadəsinə və keyfiyyətinə nəzarət etmək;
- Komanda üzvləri arasında vəzifələri bölüşdürmək və onların işini effektiv idarə etmək;
- Aşpazlara təlimlər keçmək və onların peşəkar inkişafını dəstəkləmək;
- İşçilərin davamiyyətinə və intizamına nəzarət etmək;
- İstehsalat proseslərinin fasiləsizliyini təmin etmək və gecikmələrin qarşısını almaq;
- Qida təhlükəsizliyi və gigiyena normalarına əməl olunmasına ciddi nəzarət etmək;
- Məhsulların sifarişini düzgün planlaşdırmaq, keyfiyyətli və təzə məhsulların istifadəsini təmin etmək;
- Anbarda məhsulların düzgün saxlanmasına və vaxtında istifadə olunmasına nəzarət etmək;
- İstehsalat prosesində israfın azaldılması və xərclərin optimallaşdırılması üçün tədbirlər görmək.
Tələblər:
- Kulinariya sənəti və ya qida istehsalı üzrə peşəkar təhsil (sertifikat və ya diplom);
- Restoran, otel və ya istehsalat mətbəxində minimum 3-5 illik iş təcrübəsi;
- Yemək və şirniyyat hazırlama texnikaları üzrə dərin biliklər (doğrama, bişirmə, sous və krem hazırlığı və s.);
- İstehsalat mətbəx avadanlıqlarının işləmə prinsiplərini bilmək;
- Qida təhlükəsizliyi və gigiyena qaydalarına uyğun işləmək bacarığı;
- Komanda idarəetməsi, vəzifələrin bölüşdürülməsi və əməkdaşların motivasiyası sahəsində təcrübə;
- İstehsalat proseslərinin planlaşdırılması və təşkil edilməsi bacarığı;
- Vaxtın effektiv idarə olunması və sürətli iş rejiminə uyğunlaşma;
- İş keyfiyyətinə nəzarət və yüksək standartlara riayət etmək bacarığı;
- Qida təhlükəsizliyi sistemləri (HACCP və s.) üzrə biliklər;
- Qida allergenləri və onların idarə olunması haqqında məlumatlı olmaq;
- Güclü liderlik və təşkilatçılıq qabiliyyəti.
Əmək Şəraiti:
- İş rejimi: 09:00–18:00
- İş yeri: Mərdəkan
- Əmək haqqı 2500-3000 AZN
MÜRACİƏT QAYDASI:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Aşpaz (İstehsalat sahəsi)” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 010 253 08 81 WhatsApp nömrəsinə göndərə bilərlər.