Biznesin inkişafı üzrə Generalist

  • Истекает 10 август 2026

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan 

Vəzifənin təsviri

  • Bu vəzifənin rolu ümumi inkişaf planı üzrə Biznesin inkişafı şöbəsinə dəstək verilməsindən ibarətdir.

Öhdəliklər:

  • Layihənin icrası ilə bağlı inzibati məsələlərdə dəstək göstərir.
  • Tenderlərin, biznes görüşlərin, danışıqların aparılmasında dəstək göstərir.
  • Layihə təchizatçıları və töhfə verənlərin koordinasiyasında dəstək göstərir.
  • Müqavilə imzalanana qədər hüquqşünaslarla layihəni həyata keçirənlər arasında danışıqların aparılmasında dəstək göstərir.
  • Layihələrə nəzarət edir və layihə tələblərinə və vaxt cədvəlinə uyğunlaşmaq üçün dəyişən layihə iştirakçıları arasında koordinasiyada dəstək göstərir.
  • Bazar araşdırması və texniki-iqtisadi əsaslandırmalarda dəstək göstərir.
  • Məsuliyyət sahəsi:
  • Layihələrin inzibati koordinasiyası və icrasına dəstək

Tələblər

Professional biliklər:

  • MS Office, (xüsusilə Excel və PowerPoint) proqramlarından istifadə bacarığı.
  • İngilis dili biliyi: B1 (intermediate) və daha yüksək səviyyə.

Təhsil:

  • Ali təhsil (Biznes/İqtisadiyyat sahələri üzrə üstünlükdür)
  • Satınalma, layihələrin idarə edilməsi, tender və ya müqavilə idarəetməsi üzrə müvafiq sertifikat arzuolunandır.

İş təcrübəsi:

Biznesin inkişafı, satınalma, layihə idarəetməsi, tender dəstəyi və ya tədbir/layihə koordinasiyası üzrə iş və ya təcrübə proqramı təcrübəsi.

Professional bacarıq və kompetensiyalar:

  • İşgüzar ünsiyyətin qurulması
  • Danışıqların aparması
  • Vaxtın doğru idarə olunması
  • Araşdırma bacarıqları
  • Analitik bacarıqlar
  • Nəticə yönümlülük
  • Proaktiv düşünmə
  • Problemin həlli

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily107
  • Weekly630
  • Monthly1030