Sinteks Şirkətlər Qrupu “Biznesin İnkişafı üzrə Menecer” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Biznesin İnkişafı Menecerinin rolu Şirkətin biznes portfelini genişləndirmək, bazar payını artırmaq və biznes bölmələri yaratmaqdır.
Vəzifə öhdəlikləri:
- Verilən qrafik və prioritet əsasında layihələri planlaşdıraraq, tərəfdaşlarla ilkin ünsiyyətin qurulmasını və bu prosesin idarə olunmasını təmin edir.
- Yeni imkanların, layihələrə dair iqtisadi və bazar araşdırılmasının təhlilinə nəzarət edir.
- Şirkətin mövcud biznesinin və effektiv işgüzar ünsiyyətin davamlığına nəzarət edir.
Məsuliyyətində olan bölmələr:
- Biznesin inkişafı
- Biznes kommunikasiya
- Layihənin idarə olunması
Müqavilələrin idarə olunması
Professional biliklər:
- Bazar araşdırması
- Maliyyə proqnozları
- Müqavilə şərtləri
- Layihənin idarə olunması
- Biznesin idarə edilməsi
- İngilis dili yüksək səviyyədə
- MS Office Proqramları
Təhsil:
- İqtisadiyyat və ya Biznesin idarə edilməsi üzrə ali təhsil
İş təcrübəsi:
- Şirkətin Biznesin İnkişafı, xüsusilə şirkətin biznes portfelinin genişləndirilməsi, şirkətin xidmət və ya məhsullarının bazar payının artırılması, yeni satış kanallarının yaradılması, şirkətin biznes fəaliyyətinin şaxələndirilməsi, yeni biznesin qurulması sahəsində ən azı 3 il iş təcrübəsi, bölmələr, biznes layihəsinə rəhbərlik etmək
Professional bacarıq və səriştələr:
- Təşkilatçılıq bacarıqları
- Danışıq bacarıqları
- Təqdimat bacarıqları
- Detallarla işləmə
- Analitik düşüncə
- Nəticə yönümlülük
- Zamanın idarə edilməsi
- Proaktiv düşüncə
- Problem həll etmə
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Menecer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.