Bölmə Aşpazı (Chef de Partie)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bölmə Aşpazı (Chef de Partie)

  • Deadline 31 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sinteks Şirkətlər Qrupunda hazırda Bölmə Aşpazı (Chef de Partie)vakansiyası mövcuddur.

İş yeri: Emporium Café (Sea Breeze)

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Chef de Partie (CDP) vəzifəsinin məqsədi, mətbəx stansiyasının effektiv və yüksək keyfiyyətlə işləməsini təmin etmək, aşpaz heyətini idarə edərək məhsulun keyfiyyətini və təqdimatını qorumaq, həmçinin sanitariya və təhlükəsizlik prosedurlarına riayət etməkdir. Vəzifə, həmçinin yeni menyu elementlərinin yaradılmasında və mətbəx heyətinin inkişafında aktiv rol oynamağı hədəfləyir.

Vəzifə öhdəlikləri:

  • Stansiyanın bütün əməliyyatlarına rəhbərlik etmək – hazırlıqdan başlayaraq servisə qədər tam məsuliyyət daşımaq.
  • Demi Chef və Commis üzərində rəhbərlik etmək, onların peşəkar inkişafını təmin etmək və təlimlər keçmək.
  • Gündəlik və həftəlik hazırlıq siyahılarını tərtib etmək və onların vaxtında yerinə yetirilməsini təmin etmək.
  • Məhsulun keyfiyyətinə və görünüşünə nəzarət; porsiyaların düzgünlüyü, stansiya (isti və ya soyuq, anbar və ya soyuq otaq) yarımfabrikat və hazır məhsulların düzgünlüyünü təmin etmək.
  • Hazırlıq planlamasını Sous Chef ilə əməkdaşlıq edərək həyata keçirmək və təchizat ehtiyaclarını düzgün şəkildə bildirmək.
  • Mətbəx heyətinin peşəkar inkişafını dəstəkləmək və təcrübə mübadiləsi aparmaq.
  • Mətbəxdə səmərəli və koordinasiyalı əməliyyat axınını yaratmaq
  • Yeni menyu elementlərinin yaradılmasında və test mərhələsində aktiv iştirak etmək
  • Sanitar, təhlükəsizlik və HACCP prosedurlarının icrasına birbaşa nəzarət etmək

Professional biliklər:

  • Fine Dining və/ya Set Menü bilikləri, müasir texnikalara açıq yanaşma.
  • Kreativ düşüncə və məhsul təqdimatına estetik yanaşma.
  • Təşkilatçılıq və məsuliyyət hissi yüksək səviyyədə.
  • Komandanın bir hissəsi kimi düşünmək və performansa töhfə vermək.
  • Fine Dining və/ya Set Menü bilikləri, müasir texnikalara açıq yanaşma.
  • Kreativ düşüncə və məhsul təqdimatına estetik yanaşma.
  • Təşkilatçılıq və məsuliyyət hissi yüksək səviyyədə.
  • Komandanın bir hissəsi kimi düşünmək və performansa töhfə vermək.

Təhsil:

  • Orta və ya ali təhsil

İş təcrübəsi:

  • Minimum 3–5 il A’la carte təcrübə və komandaya liderlik təcrübəsi

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Bölmə Aşpazı (Chef de Partie)qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily8
  • Weekly548
  • Monthly100