Bölüm Şefi (Soyuq/İsti)/ Chef de Partie

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bölüm Şefi (Soyuq/İsti)/ Chef de Partie

  • Deadline 13 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət: Sinteks Şirkətlər Qrupuna daxil olan “FBCO” MMC

İş yeri: Emporium Café (Sea Breeze)

İş yeri haqqında məlumat:

  • Emporium Cafe keyfiyyətli xidmət, rahat atmosfer və fərqli dadları ilə insanların sevimli istirahət məkanlarından biridir. Kafemizdə müasir üslubda təqdim olunan qəhvə, desert və dünya mətbəxindən təamlarla, mövsümi menyular ilə müştərilərimizin gündəlik həyatına ilham qatır. Bizim əsas məqsədimiz – hər müştəriyə özünü dəyərli hiss etdirəcək davamlı və peşəkar bir təcrübə yaşatmaqdır.

Vəzifənin məqsədi:

  • Bölüm Şefi (CDP) vəzifəsinin məqsədi, mətbəx stansiyasının effektiv və yüksək keyfiyyətlə işləməsini təmin etmək, aşpaz heyətini idarə edərək məhsulun keyfiyyətini və təqdimatını qorumaq, həmçinin sanitariya və təhlükəsizlik prosedurlarına riayət etməkdir. Vəzifə, həmçinin yeni menyu elementlərinin yaradılmasında və mətbəx heyətinin inkişafında aktiv rol oynamağı hədəfləyir.

Əsas məsuliyyətlər:

  • Stansiyanın bütün əməliyyatlarına rəhbərlik etmək – hazırlıqdan başlayaraq servisə qədər tam məsuliyyət daşımaq.
  • Demi Chef və Commis üzərində rəhbərlik etmək, onların peşəkar inkişafını təmin etmək və təlimlər keçmək.
  • Gündəlik və həftəlik hazırlıq siyahılarını tərtib etmək və onların vaxtında yerinə yetirilməsini təmin etmək.
  • Məhsulun keyfiyyətinə və görünüşünə nəzarət; porsiyaların düzgünlüyü, stansiya (isti və ya soyuq, anbar və ya soyuq otaq) yarımfabrikat və hazır məhsulların düzgünlüyünü təmin etmək.
  • Hazırlıq planlamasını Sous Chef ilə əməkdaşlıq edərək həyata keçirmək və təchizat ehtiyaclarını düzgün şəkildə bildirmək.
  • Mətbəx heyətinin peşəkar inkişafını dəstəkləmək və təcrübə mübadiləsi aparmaq.
  • Mətbəxdə səmərəli və koordinasiyalı əməliyyat axınını yaratmaq
  • Yeni menyu elementlərinin yaradılmasında və test mərhələsində aktiv iştirak etmək
  • Sanitar, təhlükəsizlik və HACCP prosedurlarının icrasına birbaşa nəzarət etmək

Axtarılan keyfiyyətlər:

  • Fine Dining və/ya Set Menü bilikləri, müasir texnikalara açıq yanaşma.
  • Kreativ düşüncə və məhsul təqdimatına estetik yanaşma.
  • Təşkilatçılıq və məsuliyyət hissi yüksək səviyyədə.
  • Komandanın bir hissəsi kimi düşünmək və performansa töhfə vermək.

Tələblər:

  • Orta və ya ali təhsil
  • Minimum 3–5 il A’la carte təcrübə və komandaya liderlik təcrübəsi

Əmək Şəraiti:

  • Əmək haqqı: 900-1200 AZN Net (təcrübə əsasında) + satış göstəricilərinə əsasən aylıq bonus
  • İş rejimi: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)

Əlavə imkanlar:

  • Rəsmi əmək müqaviləsi
  • Nahar ilə təmin olunma
  • Nəqliyyat xərcinin qarşılanması
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
  • Müasir və rahat iş mühiti

Müraciət qaydası

  • Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Bölüm Şefi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 010 253 08 81 WhatsApp nömrəsinə göndərə bilərlər.
  • Daily211
  • Weekly372
  • Monthly1117