CCTV Texnik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

CCTV Texnik

  • Deadline 18 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sinteks Şirkətlər Qrupu “CCTV Texnik” axtarılır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinə texniki dəstəyin göstərilməsidir.

Vəzifə öhdəlikləri:

Texniki dəstək və xidmət

  • Video müşahidə, audio, giriş-çıxışa nəzarət və oğurluğa qarşı sistemlərin işlək olmasına texniki dəstək göstərmək
  • Şlaqbaum və turniket sistemlərini quraşdırılması və texniki xidməti həyata keçirmək

Kabel və infrastruktur işləri

  • Mağazalarda şəbəkə, audio və analoq kamera kabellərinin çəkilişini icra etmək
  • Mağaza və ofislərdə path panellərin montajını, kommunikasiya şkaflarının və qutularının quraşdırılmasını həyata keçirmək və texniki xidmət göstərmək
  • Fiber və Copper kabelləşməsi üzrə texniki tapşırıqlar hazırlamaq

Layihələndirmə və keyfiyyətə nəzarət

  • Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərini təhlil etmək
  • Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışları keçirmək
  • Layihələrdə zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünü yoxlamaq və layihəçi ilə birlikdə sistemlərin təhlilini aparmaq

İcra, qeydiyyat və hesabatlıq

  • Sahəsi üzrə daxil olan müraciətlərin icra prosesini müvafiq proqram təminatında qeydiyyata almaq
  • Daxil olan sorğuları müəyyən edilmiş müddətdə cavablandırmaq və icrasını təmin etmək
  • Layihə bitdikdən sonra yekun hesabat hazırlamaq

Məsuliyyətində olan bölmələr:

  • Video-audio avadanlıqları
  • Təhlükəsizlik sistemləri (CCTV (analoq və IP) sistemləri, IP kameralar və DVR/NVR sistemləri və Access Control (keçid nəzarəti) sistemləri)

Professional biliklər:

  • İP, DHCP, DNS, LAN, WLAN və s. şəbəkə protokolları barədə baza biliklər
  • Hikvision, Dahua , Vivotek və s.  İP və Analog kameralar və NVR sistemləri üzrə biliklər
  • Audio avadanlıqların quraşdırılması və sazlanması 
  • Patch Panel və Rack sistemlərinin yığılması
  • VAST Software haqqında baza biliklər
  • Access Point, Router, və s. şəbəkə avadanlıqlarının tənzimlənməsi
  • CompTIA A+ və ya CCNA sertifikatı arzuolunandır
  • Azərbaycan dili – əla; Rus dili – yaxşı; İngilis dili – arzuolunandır

Təhsil:

  • IT sahəsində və ya müvafiq sahədə ali təhsil arzu olunandır

İş təcrübəsi:

  • Təhlükəsizlik və video/audio sistemləri üzrə ən azı 1 il iş təcrübəsi

Professional bacarıq və səriştələr:

  • Problem həlletmə
  • Zamanın idarəolunması
  • Çeviklik

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “CCTV Texnik” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily8
  • Weekly548
  • Monthly100