1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və oğurluq qarşı sistemlərə texniki dəstəyin göstərilməsidir.
Vəzifə öhdəlikləri:
- Video müşahidə və audio sistemlərinin işlək olmasına texniki dəstək
- Giriş-çıxışa nəzarət sistemlərinin işlək olmasına texniki dəstək
- Mağazalarda şəbəkə, audio və analog kamera kabellərin çəkilişini həyata keçirmək
- Mağaza və ofislərdə path panellerin montajı, kommunikasiya şkaflarının, qutularının quraşdırılması və xidmət göstərmək
- Oğurluğa hallarına qarşı sistemlərin işlək olmasına texniki dəstək
- Fiber və Copper kabelləşməsi üzrə texniki tapşırıqlar hazırlamaq
- Şlaqbaum, turniket sistemlərinin quraşdırılmasını həyata keçirmək və xidmət göstərmək
- Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin təhlilini həyata keçirmək
- Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışları həyata keçirmək
- Layihələrin zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünü yoxlamaq və layihəçi ilə sistemlərin təhlilini aparmaq
- Sahəsi üzrə daxil olan müraciətlərin icra prosesinin müvafiq proqram təminatında qeydiyyatını təmin etmək
- Daxil olan sorğuları cavablamaq və icra etmək
- Tamamlanmış layihələr üzrə yekun hesabatların hazırlamasını təmin etmək;
Təcrübə:
- Təhlükəsizlik və video/audio sistemləri üzrə ən azı 1-3 il iş təcrübəsi
Təhsil:
- IT sahəsində və ya müvafiq sahədə ali təhsil arzu olunandır
Professional biliklər:
- IP, DHCP, DNS, LAN, WLAN və s. şəbəkə məlumatları barədə baza biliklər
- Hikvision, Dahua , Vivotek və s. IP və Analoq kamera sistemləri üzrə biliklər
- Audio avadanlıqların quraşdırılması və sazlanması
- Patch Panel və Rack sistemlərinin yığılması
- VAST Software haqqında baza biliklər
- Access Point, Router, və s. şəbəkə avadanlıqlarının tənzimlənməsi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “CCTV üzrə Texnik” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.