İş Yeri: FBCO LLC
Lokasiya: Bakı,Azərbaycan
Vəzifənin təsviri:
Təyin edilmiş stansiyada (soyuq və ya isti) məhsulların hazırlanması prosesini yüksək keyfiyyətlə, resept və texniki kartlara uyğun şəkildə yerinə yetirmək. Mətbəx daxilində təmizlik, sanitariya və təhlükəsizlik standartlarına əməl etmək və komanda işinə töhfə vermək.
Əsas məsuliyyətlər:
- Stansiya üzrə (soyuq, isti) gündəlik “mise en place” hazırlıqlarını vaxtında və dəqiq şəkildə yerinə yetirmək
- Məhsulların təmizlənməsi, doğranması, çeşidlənməsi və əvvəlcədən hazırlanması proseslərində iştirak etmək
- Demi Chef və CDP tərəfindən verilən təlimatlara tam riayət etmək, daxili kommunikasiyanı düzgün aparmaq və keyfiyyəti təmin etmək
- Sənaye avadanlıqları (bıçaqlar, doğrayıcılar, blendrlər və s.) ilə təhlükəsiz və düzgün şəkildə işləmək
- Hazır məhsulların və quru anbarın düzgün saxlanılması və FIFO qaydasına uyğun etiketlənməsi
- Sanitariya və təhlükəsizlik standartlarına uyğun işləmək
- İş günü sonunda stansiyanı səliqəli və təmiz vəziyyətdə təhvil vermək
- Reseptlərə və texniki kartlara tam uyğun məhsul hazırlamaq
- Təyinat verilmiş stansiyalarda olan sifarişlərin standart əməliyyat proseduruna uyğun təqdim olunması
- İşin gedişatına uyğun olaraq, zərurət yarandıqda əməkdaşın Emporium Café-nin digər filiallarında da çalışması nəzərdə tutulur.
Tələblər:
- Orta və ya ali təhsil
- Minimum 1–2 il A'la carte mətbəx təcrübəsi
Axtarılan keyfiyyətlər:
- Dəqiq, təmizkar və məsuliyyətli olmaq
- Yeni texnikaları öyrənməyə və inkişaf etməyə açıq olmaq
- Komandanın bir hissəsi kimi düşünmək və performansa töhfə vermək
Əlavə imkanlar:
- Rəsmi əmək müqaviləsi
- Nahar ilə təmin olunma
- Nəqliyyat xərcinin qarşılanması
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
- Müasir və rahat iş mühiti
Müraciət qaydası:
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər.