Sinteks Şirkətlər Qrupu “E-ticarət üzrə satış operatoru” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu satışları artırmaq, onlayn satış üzrə sifarişləri vaxtlı-vaxtında qəbul etmək və hazırlamaqdır.
Vəzifə öhdəlikləri:
- Sifarişləri e-ticarət bazasında qeydə almaq, çatdırılma və digər əlaqədar məlumatları dəqiqləşdirir
- Müştərilərin əlavə tələbatlarını müəyyən edir
- Sistemdəki sifarişləri icra edir və müvafiq olaraq gündəlik hesabat hazırlayır
- Saytdan sifarişləri qəbul etmək və onların yığılması, qablaşdırılması və sürücülərə/kuryerlərə ötürülməsi prosesini təşkil edir
- Paket kuryer tərəfindən müştərilərə çatdırılanadək onların sifarişlərinin icrasına nəzarət edir
- Qaytarılan malı və onun qəbzini həmin malın alındığı vəziyyətdə müvafiq şöbəyə təhvil verir
- Şöbələrdən qüsurlu mallar haqqında məlumat toplayır və onların onlayn mağazadan çıxarılmasını təmin edir
- Kuryerlərdən ödənişləri toplayır və onları gün sonunadək baş kassirə təhvil verir
- Şirkət tərəfindən hazırlanmış aylıq satış planını icra edir
- Şöbə daxilində işləyərkən şirkətin peşəkar satış üsullarını öyrənir və onlardan səmərəli istifadə edir
- Satış prosesində şirkətin standartlarına və təlimatlarına uyğun xidmət göstərir
- İş prosesində şirkətin peşəkar satış texnikalarından səmərəli istifadə edir
- Müştəriyə əlavə mal satmağın nə demək olduğunu, "dəst" satış anlayışını tətbiq edir və həyata keçirir
- İş qrafikinə və şirkətin nizam-intizam qaydalarına riayət edir.
Məsuliyyətində olan bölmələr:
Onlayn satışlar.
Professional biliklər:
- Mağazalarda olan brend və məhsullar haqqında məlumatlılıq
- Rus dili yüksək səviyyədə
- MS Office proqramları
Təhsil:
- Bakalavr diplomu olanlara üstünlük verilir
İş təcrübəsi:
- Pərakəndə satış sahəsində minimum 1 il təcrübə
Professional bacarıq və səriştələr:
- Danışıq bacarıqları
- Problem həlletmə bacarıqları
- Təşkilati bacarıqlar
- Nəticə yönümlülük
- Vaxtın idarə edilməsi
- Stresə dözümlülük
- Aktiv dinləmə
- Adaptasiya
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “E-ticarət üzrə satış operatoru” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.