Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu partnyor şirkətlərin cədvəlinə uyğun olaraq işgüzar səfərləri təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- İşçilərin vizanın alınması üçün zəruri sənədlər toplayır və səfirliyə müraciət edir
- Ezamiyyətə gedən işçilərin aviabiletlərini rezervasiya edir
- Otellərin rezervasiyasını və ödənişini edir
- Ezamiyyətə gedən işçilərin öncədən səfər marşrutunu ayarlayır və maliyyə şöbəsinə səfər üzrə məlumatları təqdim edir
Təhsil:
- Ali təhsil
- Rezervasiya sistemi üzrə sertifikat (əsas kurs)
İş təcrübəsi:
- Viza alınması, biletlərin və otellərin rezervasiyası üzrə ən az 2 il təcrübə
Professional bacarıq və səriştələr:
- Təşkilatçılıq
- Danışıqların aparılması
- Zamanın idarəolunması
- Detallara diqqət
- Problem həll etmə
- Stressin idarəolunması
Professional Biliklər:
- Rezervasiya sistemləri
- Viza alınması proseduru
- İngilis dili yaxşı səviyyədə
- MS Office Proqramları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ezamiyyə Koordinatoru” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.