İnsan Resursları Əməliyyatları üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları Əməliyyatları üzrə aparıcı mütəxəssis

  • Deadline 15 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sinteks Şirkətlər Qrupu “İnsan Resursları Əməliyyatları üzrə aparıcı mütəxəssis” axtarılır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • İR Əməliyyatları üzrə aparıcı mütəxəssis işçilərlə bağlı əməliyyatların düzgün, qanunvericiliyə uyğun və vaxtında icrasını təmin edir. Bu vəzifəyə əmək münasibətlərinin sənədləşdirilməsi (işə qəbul, işdən çıxış, dəyişikliklər), davamiyyət və məzuniyyətin idarə olunması, ƏMAS və ERP sistemlərində məlumatların aktuallığının təmin olunması və İR üzrə mütəxəssislərin işinə nəzarət daxildir.

Vəzifə öhdəlikləri:

Koordinasiya və Uyğunluğun təmini

  • Əməliyyatlar üzrə mütəxəssislərin fəaliyyətinə nəzarət, dəstək və istiqamət vermək
  • Əmək qanunvericiliyindəki dəyişiklikləri izləmək və komandanı yazılı şəkildə məlumatlandırmaq
  • Qanunvericiliyə uyğun olaraq sənədlərin düzgün və vaxtında icrasını təmin etmək

Kadr sənədləşməsi və Əmək münasibətləri

  • İşə qəbul, işdən çıxma, yerdəyişmə və kadr dəyişikliklərini sənədləşdirmək
  • İşçilərin təhvil-təslim prosesini nəzarətdə saxlamaq
  • Əmək haqqı və vəzifə dəyişikliklərinin ƏMAS və ERP sistemlərində icrasını təmin etmək
  • Müvafiq əmrlərin (işə qəbul, məzuniyyət, dəyişiklik və s.) hazırlanması və sistemlərə daxil edilməsi

Davamiyyət və məzuniyyət idarəetməsi

  • Əmək haqqı və iş vaxtının uçotu cədvəllərinin hazırlanması
  • Davamiyyətə nəzarət və uyğunsuzluqların aradan qaldırılması
  • Məzuniyyət qrafiklərinin və rəsmiləşdirmələrinin təşkili
  • Elektron xəstəlik vərəqələrinin nəzarəti və rəsmiləşdirilməsi

Sistem idarəetməsi və məlumatların daxil edilməsi

  • ƏMAS və 1C ERP sistemlərində işçi məlumatlarının tam və düzgün daxil edilməsi
  • ERP sistemində mağazalararası yerdəyişmələrin icrası
  • Elektron Hökumət Portalında qeydiyyat və əməliyyatların aparılması

Hesabatlılıq və Dövlət əlaqələri

  • İşçi dövriyyəsi hesabatlarının hazırlanması
  • Əmək Müfəttişliyi və digər orqanlardan daxil olan sorğulara vaxtında cavab verilməsi
  • Sosial ödənişlər və icbari sığorta ilə bağlı əməliyyatların aparılması

Məsuliyyətində olan bölmələr:

  • Kadr sənədləşməsi və əməliyyatları
  • ERP və Elektron Hökumət sistemləri
  • Davamiyyət və məzuniyyətin uçotu
  • Sosial ödənişlər və sığorta əməliyyatları
  • Hesabatlılıq və dövlət orqanları ilə əlaqə

Professional biliklər:

  • Əmək qanunvericiliyi və normativ aktlar
  • Elektron Hökumət Portalı və ƏMAS ilə iş təcrübəsi
  • 1C və MS Office proqramları

Təhsil:

  • Ali təhsil
  • İR əməliyyatları və ya kadr kargüzarlığı üzrə ixtisasartırma / sertifikat (üstünlükdür)

İş təcrübəsi:

  • İR əməliyyatları sahəsində minimum 5 il iş təcrübəsi

Professional bacarıq və səriştələr:

  • Ünsiyyət və komanda ilə işləmək bacarığı
  • Zamanın effektiv idarə edilməsi
  • Detallara diqqət və məsuliyyətlilik
  • Problem həll etmə və analitik düşüncə

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində İnsan Resursları Əməliyyatları üzrə aparıcı mütəxəssis qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily156
  • Weekly487
  • Monthly1641