Sinteks Şirkətlər Qrupu “İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis” axtarılır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- İR Əməliyyatları üzrə mütəxəssis işçilərlə bağlı əsas əməliyyatları icra edir – işə qəbul, işdən çıxma, yerdəyişmə, davamiyyət və məzuniyyət proseslərini idarə edir. ƏMAS və ERP sistemində məlumatların düzgünlüyünü təmin edir, əməkhaqqı və icbari sığorta ilə bağlı yenilənmələri aparır. Həmçinin, arayışların hazırlanması, sənədləşmə və aidiyyəti qurumlarla yazışmalara cavabdehdir.
Vəzifə öhdəlikləri:
- İşə qəbul, kadr dəyişiklikləri və işdən azad etmə prosesini icra etmək.
- İşdən azad etmə və yerdəyişmə zamanı işçilərin təhvil-təslim prosesini təmin etmək.
- Əmək haqqı və vəzifə üzrə dəyişiklikləri Əmas və ERP-də icra olunmasını təmin etmək.
- İşçilərin mağazalararası yerdəyişmə prosesinin 1C ERP-yə daxil edilməsi
- ƏMAS-da işçilər tərəfindən daxil olan müraciətlərin cavablandırılması
- İşçilərin İcbari sığorta ödənişlərin vaxtında icra olunmasını təmin etmək.
- Əmək haqqı İş vaxtının uçotu tabelinin hazırlanmasını təmin etmək.
- Əməkdaşların davamiyyətinə nəzarət etmək və uyğunsuzluqları aradan qaldırmaq.
- Məzuniyyət qrafiklərin hazırlanması və məzuniyyətin rəsmiləşdirilməsini təmin etmək.
- Elektron formada tərtib edilmiş xəstəlik vərəqələrinə nəzarət və rəsmiləşdirilməsini həyata keçirmək.
- Məzuniyyət əmrlərinin ƏMAS və 1C ERP-yə daxil edilməsi.
- İşçilərə intizam tənbehlərin verilməsini təmin etmək.
- Əmək haqqı kartlarını sifarişini və işçilərə təqdim edilməsini təmin etmək.
- Arayış, xasiyyətnamə və digər sənədləri hazırlamaq.
- İşçilərin Dövriyyəsi Hesabatının hazırlanmasını təmin etmək.
- Əmək Müfəttişliyindən daxil olan müraciət və sorğuların vaxtında cavablandırılması.
Məsuliyyətində olan bölmələr:
- İR üzrə sənədləşmə
- 1C və Elektron Hökümət Portalı qeydiyyatı
- ERP sistemində işçi məlumatların daxil edilməsi
- Əmək haqqı tabeli
- Sosial ödəmələr və İcbari Sığorta
Professional biliklər:
- İR üzrə Əməliyyatların (Kadr Kargüzarlığı) aparılması
- Əmək qanunvericiliyi
- Elektron Hökümət Portalı
- MS Office və 1C Programı
Təhsil:
- Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil
- İR üzrə Əməliyyatların aparılması və ya Kadr Kargüzarlığı üzrə sertifikat
İş təcrübəsi:
- İR Əməliyyatların aparılması (Kadr Kargüzarlığı) üzrə ən azı 2 il iş təcrübəsi
Professional bacarıq və səriştələr:
- Ünsiyyət bacarıqları
- Zamanın idarəolunması
- Problem həll etmə
- Məsuliyyət
- Detallara diqqət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.