İnsan resursları üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan resursları üzrə menecer

  • Deadline 16 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Sinteks Şirkətlər Grupunda İR üzrə Meneceri müsbət iş mühitinin təmin edilməsində, işçi qüvvəsinin effektiv idarə olunmasında, İR siyasətlərinə və qanuni tələblərə uyğunluğun təmin edilməsində mühüm rol oynayır.

Vəzifə öhdəlikləri:

İşə qəbul və kadrlar:

  • Effektiv işə qəbul strategiyalarını təşviq edir. Departament menecerləri ilə əməkdaşlıqda müsahibələr aparır, namizədləri qiymətləndirir və işə qəbulla bağlı qərarlar qəbul edir. Yeni işçilər üçün işə qəbul prosesinə nəzarət edir.

İşçi münasibətləri:

  • İşçilərin şikayətlərini, münaqişələrini və intizam məsələlərini şirkət siyasətlərinə və qanuni tələblərə uyğun olaraq həll edir. Effektiv ünsiyyət və münaqişələrin həlli yolu ilə müsbət və inklüziv iş mədəniyyətini təşviq edir.

Performansın idarə edilməsi:

  • Fəaliyyətin qiymətləndirilməsi proseslərini həyata keçirir , işçilər və menecerlərlə müntəzəm olaraq performans təhlili aparır. Təkmilləşdirmə üçün sahələri müəyyənləşdirir, təlim və inkişaf planlarını hazırlayır.

Kargüzarlıq və Qanunvericiliyə uyğunluq:

  • İR resurslarının idarə edilməsində Azərbaycan Respublikasının əmək qanunları və qaydalarına riayət olunmasını təmin edir. Qanuni tələblərə cavab vermək üçün işçilərin qeydlərini və sənədlərini dogru qeydiyatını idarə edir. Məşğulluq qanunlarında edilən dəyişikliklərdən xəbərdar olur və müvafiq olaraq şirkət siyasətlərini yeniləyir.

İR Siyasətinin idarəedilməsi:

  • Şirkət daxilində ardıcıllığı və uyğunluğu təmin etmək üçün HR siyasəti və prosedurlarını hazırlayır, yeniləyir və kommunikasiya edir. İşçilərə və menecerlərə HR siyasətləri və prosedurlar haqqında təlim keçir.

Təlim və İnkişaf:

  • Təlim ehtiyaclarını müəyyən edir və işçilərin bacarıq və biliklərini artırmaq üçün təlim proqramları hazırlayır. Təşkilat daxilində karyera inkişafı və varis planlamasını təşviq edir.

Təhlükəsizlik və Sağlamlıq:

  • Təhlükəsizlik protokollarını və prosedurlarını həyata keçirməklə iş yerində təhlükəsizlik və sağlamlıq qaydalarına riayət olunmasını təmin edir.İş yerlərində baş verən bədbəxt hadisələrə reaksiya vermək və lazım gəldikdə müvafiq orqanlarla əlaqələndirmək.

Professional biliklər:

  • Məşğulluq qanunları və qaydaları haqqında biliklər
  • Əmək qanunvericiliyi
  • İşə Qəbul prosesi 
  • Təlim və İnkişaf prosesi
  • Performansın İdarə edilməsi
  • İngilis dili biliyi 
  • MS Office Proqramları
  • 1C programı

Təhsil:

  • İnsan Resursları, Biznesin İdarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür). 
  • HR sertifikatına (məsələn: PHR, SPHR) üstünlük verilir

İş təcrübəsi:

  • Pərakəndə və ya oxşar sahədə HR Meneceri kimi sübut edilmiş təcrübə

Professional bacarıq və səriştələr:

  • Azərbaycan Respublikası İnsan Resursları İnformasiya Portalında işləmə bacarığı
  • İdarəetmə bacarıqları
  • İşgüzar ünsiyyət bacarıqları
  • Liderlik bacarıqları
  • İş bölgüsü
  • Nəticə yönümlülük
  • Qərar qəbul etmə
  • Analitik düşüncə
  • Təqdimat bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly696
  • Monthly1519