İşə Qəbul üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşə Qəbul üzrə Mütəxəssis

  • Deadline 8 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

İşə Qəbul üzrə Mütəxəssis – pərakəndə satış və ofis vəzifələri üçün işə qəbul prosesinin tam idarə olunmasına cavabdehdir. Bu rola namizədlərin axtarışı və ilkin qiymətləndirilməsi, struktur rəhbərləri ilə koordinasiya, ERP sistemində sənədləşmə, kütləvi işə qəbul layihələri və işə qəbul tədbirlərində iştirak daxildir.

Vəzifə öhdəlikləri:

Namizəd Axtarışı və Müsahibələrin Keçirilməsi

  • İş elanlarının hazırlanması və paylaşılmasına dəstək
  • Aktiv namizəd axtarışı (platformalar, tövsiyələr, sosial media)
  • İlkin CV seçimi və müsahibəyə çağırılacaq namizədlərin müəyyənləşdirilməsi
  • İlkin müsahibələrin keçirilməsi və nəticələrin sənədləşdirilməsi

Müsahibələrin Planlaşdırılması və Koordinasiya

  • Struktur rəhbərləri ilə müsahibələrin təşkil olunması
  • Namizədlərə təsdiqlərin göndərilməsi
  • Namizədlərlə yazışmaların və zənglərin təşkili
  • ERP sistemində namizədlərin statusunun yenilənməsi

Proseslərin və Layihələrin İdarə Olunması

  • ERP sistemində vakansiyalara nəzarət və yenilənmə
  • Şirkətlər qrupu daxilində transferlərin idarə olunması
  • Mövsümi və kütləvi işə qəbul layihələrinin təşkili və icrasında iştirak
  • Təcrübə proqramları və Karyera sərgilərində iştirak

Analitika və Raporlama

  • İşə qəbul göstəricilərinin izlənməsi və hesabatların hazırlanması
  • Namizəd mənbələrinin effektivliyinin qiymətləndirilməsi
  • İşə başlama müddətləri və keyfiyyət metrikləri üzrə hesabatlılıq

Karyera Səhifələrinin İdarə Edilməsi

  • Sosial media üzərində Sinteks Karyera səhifələrinin dəstəklənməsi
  • Vizual və mətn kontentinin HR komandası ilə birlikdə hazırlanması

Məsuliyyətində olan bölmələr:

  • İşə Qəbul Prosesləri
  • Namizəd Axtarışı və Müsahibələr
  • ERP və Sənədləşmə
  • Layihələr və Tədbirlər
  • Hesabatlılıq və Analitika

Professional biliklər:

  • Rus və İngilis dillərində orta səviyyəli bilik
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • ERP sistemləri ilə işləmə bacarığı (üstünlükdür)

Təhsil:

  • Ali təhsil 

İş təcrübəsi:

  • İşə Qəbul və ya HR sahəsində 1-3 il iş təcrübəsi (təcrübə proqramları nəzərə alınır)

Professional bacarıq və səriştələr:

  • Müsahibə aparmaq bacarığı
  • Tədqiqat və araşdırma bacarığı
  • Yazılı və şifahi ünsiyyət bacarıqları
  • Diqqətlilik, nəticəyə fokus və zamanın idarə edilməsi
  • Analitik düşüncə və hesabat hazırlamaq bacarığı

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd edərək Müraciət Et düyməsindəki elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily24
  • Weekly615
  • Monthly733