İT üzrə Texnik

  • Истекает 2 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sinteks Şirkətlər Qrupu “İT üzrə Texnik” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinin fasiləsiz işləməsini təmin etməkdir.

Vəzifə öhdəlikləri:

Texniki dəstək və preventiv xidmət

  • Video müşahidə (CCTV), audio, giriş-çıxışa nəzarət, oğurluğa qarşı və turniket sistemlərinin dayanıqlı və fasiləsiz işləməsini təmin edilməsi. 
  • Texniki sistemlər üzrə daimi monitorinqin aparılması, planlı profilaktik baxışların həyata keçirilməsi və yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılması.

Kabel və infrastruktur işləri

  • Mağazalarda şəbəkə, audio və analoq kamera kabellərinin çəkilişinin icra edilməsi.
  • Mağaza və ofislərdə path panellərin montajını, kommunikasiya şkaflarının və qutularının quraşdırılmasını həyata keçirmək və texniki xidmətin göstərilməsi.

Layihələndirmə və keyfiyyətə nəzarət

  • Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin iş icrasında iştirak edilməsi.
  • Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışları keçirilməsi.
  • Layihələrdə zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünü yoxlamaqda layihəçi ilə birlikdə iştirak edilməsi.

İcra, qeydiyyat və hesabatlıq

  • Sahəsi üzrə daxil olan müraciətlərin icra prosesini müvafiq proqram təminatında qeydiyyata almaq.
  • Daxil olan sorğuların müəyyən edilmiş müddətlər çərçivəsində icrasını təmin etmək və nəticələr barədə aidiyyəti üzrə məlumat vermək.
  • Görülmüş işlər və icra olunmuş layihələr üzrə mütəmadi və yekun hesabatlar hazırlamaq və təqdim etmək.

Məsuliyyətində olan bölmələr:

  • Video-audio avadanlıqları
  • Təhlükəsizlik sistemləri (CCTV (analzoq və IP) sistemləri, IP kameralar və DVR/NVR sistemləri və Access Control (keçid nəzarəti) sistemləri)

Professional biliklər:

  • İP, DHCP, DNS, LAN, WLAN və s. şəbəkə protokolları barədə baza biliklər
  • Hikvision, Dahua , Vivotek və s.  İP və Analog kameralar və NVR sistemləri üzrə biliklər
  • Audio avadanlıqların quraşdırılması və sazlanması 
  • Patch Panel və Rack sistemlərinin yığılması
  • VAST Software haqqında baza biliklər
  • Access Point, Router, və s. şəbəkə avadanlıqlarının tənzimlənməsi
  • CompTIA A+ və ya CCNA sertifikatı arzuolunandır
  • Azərbaycan dili – əla; Rus dili – yaxşı; İngilis dili – arzuolunandır

Təhsil:

  • IT sahəsində və ya müvafiq sahədə ali təhsil arzu olunandır

İş təcrübəsi:

  • Təhlükəsizlik və video/audio sistemləri üzrə ən azı 1 il iş təcrübəsi

Professional bacarıq və səriştələr:

  • Problem həlletmə
  • Zamanın idarəolunması
  • Çeviklik

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT üzrə Texnik” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily33
  • Weekly170
  • Monthly173