Sinteks Şirkətlər Qrupu “İT üzrə Texnik” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinin fasiləsiz işləməsini təmin etməkdir.
Vəzifə öhdəlikləri:
Texniki dəstək və preventiv xidmət
- Video müşahidə (CCTV), audio, giriş-çıxışa nəzarət, oğurluğa qarşı və turniket sistemlərinin dayanıqlı və fasiləsiz işləməsini təmin edilməsi.
- Texniki sistemlər üzrə daimi monitorinqin aparılması, planlı profilaktik baxışların həyata keçirilməsi və yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılması.
Kabel və infrastruktur işləri
- Mağazalarda şəbəkə, audio və analoq kamera kabellərinin çəkilişinin icra edilməsi.
- Mağaza və ofislərdə path panellərin montajını, kommunikasiya şkaflarının və qutularının quraşdırılmasını həyata keçirmək və texniki xidmətin göstərilməsi.
Layihələndirmə və keyfiyyətə nəzarət
- Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin iş icrasında iştirak edilməsi.
- Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışları keçirilməsi.
- Layihələrdə zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünü yoxlamaqda layihəçi ilə birlikdə iştirak edilməsi.
İcra, qeydiyyat və hesabatlıq
- Sahəsi üzrə daxil olan müraciətlərin icra prosesini müvafiq proqram təminatında qeydiyyata almaq.
- Daxil olan sorğuların müəyyən edilmiş müddətlər çərçivəsində icrasını təmin etmək və nəticələr barədə aidiyyəti üzrə məlumat vermək.
- Görülmüş işlər və icra olunmuş layihələr üzrə mütəmadi və yekun hesabatlar hazırlamaq və təqdim etmək.
Məsuliyyətində olan bölmələr:
- Video-audio avadanlıqları
- Təhlükəsizlik sistemləri (CCTV (analzoq və IP) sistemləri, IP kameralar və DVR/NVR sistemləri və Access Control (keçid nəzarəti) sistemləri)
Professional biliklər:
- İP, DHCP, DNS, LAN, WLAN və s. şəbəkə protokolları barədə baza biliklər
- Hikvision, Dahua , Vivotek və s. İP və Analog kameralar və NVR sistemləri üzrə biliklər
- Audio avadanlıqların quraşdırılması və sazlanması
- Patch Panel və Rack sistemlərinin yığılması
- VAST Software haqqında baza biliklər
- Access Point, Router, və s. şəbəkə avadanlıqlarının tənzimlənməsi
- CompTIA A+ və ya CCNA sertifikatı arzuolunandır
- Azərbaycan dili – əla; Rus dili – yaxşı; İngilis dili – arzuolunandır
Təhsil:
- IT sahəsində və ya müvafiq sahədə ali təhsil arzu olunandır
İş təcrübəsi:
- Təhlükəsizlik və video/audio sistemləri üzrə ən azı 1 il iş təcrübəsi
Professional bacarıq və səriştələr:
- Problem həlletmə
- Zamanın idarəolunması
- Çeviklik
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT üzrə Texnik” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.