Kiçik Aşpaz (Commis Chef)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiçik Aşpaz (Commis Chef)

  • Deadline 31 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sinteks Şirkətlər Qrupunda hazırda “Kiçik Aşpaz (Commis Chef)” vakansiyası mövcuddur.

İş yeri: Emporium Café (Sea Breeze)

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Təyin edilmiş stansiyada (soyuq və ya isti) məhsulların hazırlanması prosesini yüksək keyfiyyətlə, resept və texniki kartlara uyğun şəkildə yerinə yetirmək. Mətbəx daxilində təmizlik, sanitariya və təhlükəsizlik standartlarına əməl etmək və komanda işinə töhfə vermək.

Vəzifə öhdəlikləri:

  • Stansiya üzrə (soyuq, isti) gündəlik “mise en place” hazırlıqlarını vaxtında və dəqiq şəkildə yerinə yetirmək
  • Məhsulların təmizlənməsi, doğranması, çeşidlənməsi və əvvəlcədən hazırlanması proseslərində iştirak etmək
  • Demi Chef və CDP tərəfindən verilən təlimatlara tam riayət etmək, daxili kommunikasiyanı düzgün aparmaq və keyfiyyəti təmin etmək
  • Sənaye avadanlıqları (bıçaqlar, doğrayıcılar, blendrlər və s.) ilə təhlükəsiz və düzgün şəkildə işləmək
  • Hazır məhsulların və quru anbarın düzgün saxlanılması və FIFO qaydasına uyğun etiketlənməsi
  • Sanitariya və təhlükəsizlik standartlarına uyğun işləmək
  • İş günü sonunda stansiyanı səliqəli və təmiz vəziyyətdə təhvil vermək
  • Reseptlərə və texniki kartlara tam uyğun məhsul hazırlamaq
  • Təyinat verilmiş stansiyalarda olan sifarişlərin standart əməliyyat proseduruna uyğun təqdim olunması

Təhsil:

  • Orta və ya ali təhsil

İş təcrübəsi:

  • Minimum 1–2 il A'la carte mətbəx təcrübəsi

Professional bacarıq və səriştələr:

  • Dəqiq, təmizkar və məsuliyyətli olmaq
  • Yeni texnikaları öyrənməyə və inkişaf etməyə açıq olmaq
  • Komandanın bir hissəsi kimi düşünmək və performansa töhfə vermək

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik Aşpaz (Commis Chef)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily8
  • Weekly548
  • Monthly100