Kiçik Hüquqşünas

  • Deadline 3 Sentyabr 2026

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan 

Vəzifənin təsviri

  • Kiçik Hüquqşünas hüquqi sənədləşmə, müqavilələrin hazırlanmasına dəstək, sənədlərin arxivləşdirilməsi, şikayətlərin cavablandırılmasında iştirak, icra sənədlərinin qəbulu və hüquqi sənədlərin ilkin layihələrinin hazırlanması üzrə işləri həyata keçirir. Bu vəzifənin əsas rolu Baş Hüquqşünasa gündəlik hüquqi proseslərdə dəstək göstərmək, hüquqi sənədlərin düzgün və vaxtında hazırlanmasına kömək etməkdir.

Vəzifə öhdəlikləri:

  • Alqı-satqı, xidmət və digər müqavilələrin hazırlanmasında köməklik göstərir və bütün müqavilələri arxivləşdirir.
  • Hüquqi sənədlərin tərtibatında iştirak edir və ilkin versiyaları hazırlayır.
  • Müqavilə və digər hüquqi sənədlərin tamlığını, imza və əlavə sənədlərin mövcudluğunu yoxlayır.
  • Hazırlanmış sənədləri Baş Hüquqşünasın baxışına təqdim edir və verilmiş düzəlişləri icra edir.

Şikayətlər və rəsmi yazışmalar

  • Şikayətlərin hüquqi həlli və cavablandırılmasında iştirak edir.
  • Daxil olan müraciət və şikayətlər üzrə ilkin məlumatları toplayır və cavab layihələrinin hazırlanmasına dəstək göstərir.
  • Dövlət orqanları və digər tərəflərlə yazışmalar üçün tələb olunan sənədlərin toplanmasında iştirak edir.

İcazələr, icra sənədləri və sığorta

  • Xarici vətəndaşlara iş və müvəqqəti yaşayış icazələrinin alınması üçün sənədlərin hazırlanmasını təmin edir.
  • İcra sənədlərinin qəbulu və icraatını təşkil edir.
  • Daşınan və daşınmaz əmlakın sığortalanmasını təmin edir.
  • İcazə, icra və sığorta sənədləri üzrə prosesin statusunu izləyir, aidiyyəti üzrə məlumat verir və koordinasiya edir.

Arxivləşdirmə və daxili koordinasiya

  • Hüquqi sənədlərin arxivləşdirilməsini həyata keçirir.
  • Müqavilə, məktub, icazə və digər hüquqi sənədlərin sistemli şəkildə saxlanılmasını təmin edir.
  • Hüquq departamentinə daxil olan tapşırıqlar üzrə məlumatların toplanmasına və sənəd dövriyyəsinə dəstək göstərir.

Məsuliyyət sahəsi:

  • Hüquqi sənədləşmə
  • Müqavilələrin arxivləşdirilməsi
  • Şikayətlərin hüquqi cavablandırılmasına dəstək
  • İş və müvəqqəti yaşayış icazələri üzrə sənəd hazırlığı və müraciət
  • İcra sənədlərinin icraya yönləndirilməsi və sənədləri arxivləşdirmə

Tələblər

Professional biliklər:

  • Azərbaycan Respublikasının qanunvericiliyi və hüquqi sənədləşmə üzrə baza biliklər. (Bu tələb CV-də hüquq üzrə təhsil, hüquqi sənədlərin hazırlanması, müqavilə və rəsmi yazışmalar, şikayətlərin cavablandırılması, icazə, icra və ya sığorta sənədləri üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
  • Müqavilə və rəsmi yazışmalarla işləmək üzrə praktiki bacarıq. (Bu tələb CV-də müqavilələrin hazırlanması/yoxlanılması, rəsmi məktublar, şikayət cavabları, icazə və/və ya icra sənədləri üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
  • Hüquqi sənədlərin qeydiyyatı, saxlanılması və arxivləşdirilməsi üzrə baza bilikləri. (Bu tələb CV-də müqavilə arxivi, sənədlərin qeydiyyatı, sənəd dövriyyəsi və ya hüquqi sənədlərin sistemli saxlanılması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
  • MS Office

Təhsil:

  • Hüquq üzrə ali təhsil

İş təcrübəsi:

  • Hüquqi sənədlər, müqavilə dəstəyi, rəsmi yazışmalar, şikayət cavabları, icazə/icra sənədləri və ya hüquqi sənədlərin arxivləşdirilməsi üzrə ən azı 6 ay iş təcrübəsi.

Professional bacarıq və kompetensiyalar:

  • Danışıqların aparılması
  • Ünsiyyət bacarıqları
  • Detallara diqqət
  • Nəticə yönümlülük
  • Məsuliyyət
  • Sənədlərlə dəqiq və sistemli işləmə bacarığı
  • Məxfilik və icra intizamı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily1
  • Weekly103
  • Monthly120