Layihәnin idarә edilmәsi üzrә mütәxәssis (E-Commerce)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihәnin idarә edilmәsi üzrә mütәxәssis (E-Commerce)

  • Deadline 27 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya və kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifədə olan şəxs məhsul geri dönüşünü yaratmaq və idarə etmək, UAT testlərini həyata keçirmək, layihə büdcəsini idarə etmək, düzgün hesabatlarla təmin etmək və tərəfdaşlarla əməkdaşlıq etməkdə cavabdehdir.

Vəzifə öhdəlikləri:

  • Yığılmış və ya tamamlanmamış məhsullarl idarə edir: Ətraflı təhlil, maketlər və proses diaqramları yaradmaqla, həll edilməli olan tamamlanmamş məhsullara aid işlərin  prioritet siyahısını yaradır və idarə edir
  • Layihənin Müvəffəqiyyətini təmin edir: Layihələri vaxtında, büdcə və keyfiyyət standartları çərçivəsində tamamlayın, ətraflı layihə planları, büdcələri hazrlayın və resurslarını idarə edir.
  • UAT Testlərini yerinə yetirir: Layihələrin müvəffəqiyyətlə başlamasını təmin etmək üçün İstifadəçinin Qəbul Testini(UAT) və unit testlərini keçirmək, dəyişiklikləri idarə etmək və riskləri effektiv qiymətləndirmək və problemsiz buraxılışı təmin edir.
  • Möhkəm Əlaqələr qurur: uğurlu nəticələr əldə etmək üçün  İT və başqa sahədə kollegalarnan sıx əməkdaşlıq edir.
  • Mütəmadi Hesabatlar təqdim edir: Layihənin gedişatı, o cümlədən proqresi, xərcləri və əldə edilən üstünlüklər barədə mütəmadi olaraq yüksək rəhbərliyə hesabat verir.
  • Maliyyə Menecmenti: Hər bir layihə üzrə öhdəlikləri və xərcləri proqnozlaşdırın, izləyir və idarə edir, plandan hər hansı yayınmalara dair məsləhət verir.
  • 3-cü tərəfin idarə edilməsi: 3-cü tərəf layihə komandalarını idarə edir, onlara rəhbərlik edin və motivasiya edir

Professional Biliklər:

  • Prosses və Layihə İdarəetmə Vasitələri; Lucidchart, MS Project, MS Visio, JIRA və s.
  • Marketinq büdcələri haqda anlayış
  • MS Office proqramları (xüsusilə yaxşı səviyyədə Excel)

Təhsil:

  • Sənaye, İdarəetmə, Proqram Təminatı, İnformasiya Sistemləri, İdarəetmə Məlumat Sistemləri, Mühəndislik fakültələrindən birindən məzun olması üstünlükdür.

İş təcrübəsi:

  • Ən azı 3 il biznes təhlilində və layihə idarəetməsində təcrübə
  • Proqram təminatçılarının və dizaynerlərin komandalarını idarə etmək təcrübəsi
  • Rəqəmsal məhsul və xidmətlərin inkişaf, çatdırılması sahəsində liderlik etmə təcrübəsi
  • Sprint planlamasını və gündəlik stend-up-ları asanlaşdırmaq təcrübəsi

Professional Bacarıqlar və Kompetensiyalar: 

  • Azərbaycan dilində səlis danışıq və ikinci dil kimi rus dilini yaxşı səviyyədə bilmək
  • Güclü analitik bacarıqlara malik olmaq, rəqəmlərdən və hesabatlardan kommersiya nəticələrini şərh etmək və fəaliyyət planı yaratmaq bacarığına malik olmaq.
  • Veb analitika alətləri (Google Analytics, Looker Studio, Amplitude, Yandex Metrica və s.)
  • Əvvəllər layihənin idarə edilməsində aktiv rol almış və PMP sertifikatına malik olanlara üstünlük verilir
  • Agile və Waterfall prosesləri haqqında biliklər
  • Prosses sahibləri ilə birlikdə biznes proseslərini təhlil etmək, araşdırmalar aparmaq və proseslərdə müəyyən edilmiş təkmilləşdirmə sahələrini və inkişafları izləmək.
  • Güclü problem həll etmə və ünsiyyət bacarıqları, həll yönümlü və komanda işinə meyilli
  • Təkmil planlaşdırma, iş təqibi, təşkilatçılıq və hesabat vermə bacarıqlarını öyrənməyə açıq
  • Yaxşı ünsiyyət bacarıqlarına, güclü insan münasibətlərinə, fəal və yüksək təşəbbüskarlıq qabiliyyətinə malik olmaq
  • Nəticə yönümlü və təfərrüat yönümlü olmaq
  • Güclü analiz qabiliyyəti, yüksək planlaşdırma bacarığının olması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihәnin idarә edilmәsi üzrә mütәxәssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily19
  • Weekly19
  • Monthly50