Sinteks Şirkətlər Qrupu “Layihələrin İdarə edilməsi üzrə Mütəxəssis” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu əlaqələrin qurulmasından işin başa çatmasına qədər, o cümlədən layihənin planlaşdırılması, koordinasiyası və tenderin təşkili, müqavilə üzrə danışıqlar, şərtlərin müzakirəsi, investisiya büdcəsinin hazırlanması, təchizatçılara və s. layihələrin yerinə yetirilməsinə və inşaat işlərinin layihənin dizaynına uyğun keyfiyyətli şəkildə aparılmasını təmin etmək.
Vəzifə öhdəlikləri:
- Yeni layihənin icrası, onun detallı şəkildə planlaşdırılması və partyorlardan dizayn proyektin alınmasını təşkil etməlidir
- Dizayn proyekti aldığdan sonra tikinti, mebel və bundan əlavə proyektdə istifadə olunan bütün materiallar üzrə tender prosesini təşkil etməli, materialların alınmasını təmin etməli və investisiya büdcəsini hazırlamalıdır
- Kontraktorlar müəyyən edildikdən sonra onlarla müqavilələri bağlamalı və layihənin dizayn proyektə uyğun olaraq icrasını təmin etməlidir
- Bütün işlər bitdikdən sonra layihəni düzgün şəkildə təhvil verməlidir
Məsuliyyət sahəsi:
- Biznes kommunikasiya
- Mağaza və brend layihələri
Professional biliklər:
- Layihənin idarə olunması və ya Satınalma/Təchizat Zənciri
- İngilis dili yüksək səviyyədə
- MS Office proqramları
Təhsil:
- İqtisadiyyat/Biznesin idarə edilməsi üzrə Ali təhsil arzu olunandır
- Satınalma/təchizat zənciri/layihənin idarə edilməsi üzrə sertifikat arzu olunandır
İş təcrübəsi:
- Layihənin idarə olunması və ya Satınalma / təchizat zənciri sahəsində ən az 1 il təcrübə
Professional Bacarıq və Kompetensiyalar:
- Biznes ünsiyyət
- Danışıqlar aparmaq bacarığı
- Zamanın idarə olunması
- Tədqiqat bacarıqları
- Analitik bacarıqlar
- Nəticə yönümlülük
- Proaktiv düşüncə
- Problemin həlli
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihələrin İdarə edilməsi üzrə Mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.