Sinteks Şirkətlər Qrupu “Layihənin idarə edilməsi üzrə Kiçik Administrator” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu sifarişçi şirkət tərəfindən təmir-tikinti işlərinin Baş Mütəxəssisin nəzarəti ilə təşkil və icra etmək.
Vəzifə öhdəlikləri:
- Yeni layihənin icrası, onun detallı şəkildə planlaşdırılması və partyorlardan dizayn proyektin alınmasında köməklik göstərmək
- Dizayn proyekti aldığdan sonra tikinti, mebel və bundan əlavə proyektdə istifadə olunan bütün materiallar üzrə tender prosesini təşkilində, materialların alınmasını təmin edilməsində və investisiya büdcəsini hazırlamasında köməklik etmək
- Kontraktorlar müəyyən edildikdən sonra onlarla müqavilələri bağlamanmasında və layihənin dizayn proyektə uyğun olaraq icrasında köməklik göstərmək
- Bütün işlər bitdikdən sonra layihəni düzgün şəkildə Baş Mütəxəssis nəzarəti ilə təhvil vermək
Məsuliyyətində olan bölmələr:
- Biznes kommunikasiya
- Mağaza və brend layihələri
Professional biliklər:
- Layihənin idarə olunması və ya Satınalma/Təchizat Zənciri arzu olunandır
- İngilis dili yüksək səviyyədə
- MS Office proqramları
Təhsil:
- İqtisadiyyat/Biznesin idarə edilməsi üzrə Ali təhsil arzu olunandır
- Satınalma/təchizat zənciri/layihənin idarə edilməsi üzrə sertifikat arzu olunandır
İş təcrübəsi:
- Layihənin idarə olunması və ya Satınalma / təchizat zənciri sahəsində tərcübə arzu olunandır
Professional bacarıq və səriştələr:
- Biznes ünsiyyət
- Danışıqlar aparmaq bacarığı
- Zamanın idarə olunması
- Tədqiqat bacarıqları
- Analitik bacarıqlar
- Nəticə yönümlülük
- Proaktiv düşüncə
- Problemin həlli
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihənin idarə edilməsi üzrə Kiçik Administrator” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.