Sinteks Group of Companies Sinteks Group of Companies

Layihərin idarəedilməsi üzrə Mütəxəssis

  • Deadline 14 Sentyabr 2026

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan

Vəzifənin təsviri

  • Bu vəzifənin rolu əlaqələrin qurulmasından işin başa çatmasına qədər, o cümlədən layihənin planlaşdırılması, koordinasiyası və tenderin təşkili, müqavilə üzrə danışıqlar, şərtlərin müzakirəsi, investisiya büdcəsinin hazırlanması, təchizatçılara və s. layihələrin yerinə yetirilməsinə və inşaat işlərinin layihənin dizaynına uyğun keyfiyyətli şəkildə aparılmasını təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Yeni layihənin icrası, onun detallı şəkildə planlaşdırılması və partyorlardan dizayn proyektin alınmasını təşkil etməlidir
  • Dizayn proyekti aldığdan sonra tikinti, mebel və bundan əlavə proyektdə istifadə olunan bütün materiallar üzrə tender prosesini təşkil etməli, materialların alınmasını təmin etməli və investisiya büdcəsini hazırlamalıdır
  • Kontraktorlar müəyyən edildikdən sonra onlarla müqavilələri bağlamalı və layihənin dizayn proyektə uyğun olaraq icrasını təmin etməlidir
  • Bütün işlər bitdikdən sonra layihəni düzgün şəkildə təhvil verməlidir

Tələblər

Professional biliklər:

  • Layihələrin idarə edilməsi, satınalma və təchizat zənciri prosesləri üzrə praktiki biliklər. Bu tələb CV-də layihə planlaşdırılması/koordinasiyası, tenderlərin təşkili, satınalma, təchizatçı və kontraktorlarla koordinasiya, müqavilə danışıqları, investisiya büdcəsinin hazırlanması və/və ya layihənin təhvil verilməsi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir.
  • MS Office
  • İngilis dili biliyi: B1 (intermediate) və daha yüksək səviyyəsi.

Təhsil:

  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Satınalma və təchizat zənciri sahələri üzrə üstünlükdür).
  • Layihələrin idarə edilməsi (PMP), satınalma, təchizat zənciri, tender və ya müqavilə idarəetməsi üzrə müvafiq sertifikat arzuolunandır.

İş təcrübəsi:

  • Layihələrin idarə edilməsi, satınalma, təchizat zənciri və ya tender proseslərinin təşkili sahəsində ən azı 1 il iş təcrübəsi.

Professional bacarıq və kompetensiyalar:

  • Biznes ünsiyyət
  • Danışıqlar aparmaq bacarığı
  • Zamanın idarə olunması
  • Tədqiqat bacarıqları
  • Analitik bacarıqlar
  • Nəticə yönümlülük
  • Proaktiv düşüncə
  • Problemin həlli

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily5
  • Weekly579
  • Monthly1177