Sinteks Şirkətlər Qrupu “Logistika üzrə administrator” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu idxal və ixrac daşınmalarının razılaşdırılmış təyinat nöqtəsinə çatdırılmasını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Sifariş olunan məhsullar üzrə daşınma instruksiyalarını təchizatçılara və logistika şirkətlərinə təqdim edir.
- Məhsulların çatdırılmasını təşkil edir
- 1C programında məhsullara aid məlumatları və xərcləri qeyd edir.
- Məhsulların Bakida gömrük prosedurun keçirilməsi üçün bəyannaməçilərə tələb olunan sənədləri göndərir.
Məsuliyyət sahəsi:
- Yük Daşınmaları
- 1C Məlumat Bazası
Professional Biliklər
- İncoterm standartları
- İngilis dili bilikləri
- MS Office və 1C programları
Təhsil
- Ali təhsil (Nəqliyyat və logistika üzrə dərəcə üstünlükdür)
- Logistika üzrə müvafiq sertifikat və ixtisaslaşma
İş Təcrübəsi
- Təchizat Zənciri və ya Logistika sahəsində minimum 1 illik təcrübə
- Pərakəndə satış sahəsində təcrübə üstünlükdür
Professional Bacarıq və Kompetensiyalar
- İşgüzar ünsiyyət bacarıqları
- Müzakirə bacarıqları
- Analitik düşüncə
- Təfərrüatlar və nəticə yönümlü
- Zamanın idarə olunması
- Problem həll etmə bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Logistika üzrə administrator” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.