1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu idxal və ixrac daşınmalarının razılaşdırılmış təyinat nöqtəsinə çatdırılmasını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Sifariş olunan məhsullar üzrə daşınma instruksiyalarını təchizatçılara və logistika şirkətlərinə təqdim edir.
- Məhsulların çatdırılmasını təşkil edir
- 1C programında məhsullara aid məlumatları və xərcləri qeyd edir.
- Məhsulların Bakida gömrük prosedurun keçirilməsi üçün bəyannaməçilərə tələb olunan sənədləri göndərir.
- Yük daşıma, Gömrük və terminal xərclərin qeydiyyatını aparır
Təcrübə:
- Təchizat Zənciri və ya Logistika sahəsində minimum 1 illik təcrübə
- Pərakəndə satış sahəsində təcrübə üstünlükdür
Təhsil
- Ali təhsil (Nəqliyyat və logistika üzrə dərəcə üstünlükdür)
- Logistika üzrə müvafiq sertifikat və ixtisaslaşma
Professional biliklər:
- İncoterm standartları
- İngilis dili bilikləri
- MS Office və 1C programları
Professional bacarıqlar və kompetensiyalar:
- İşgüzar ünsiyyət bacarıqları
- Müzakirə bacarıqları
- Analitik düşüncə
- Təfərrüatlar və nəticə yönümlü
- Zamanın idarə olunması
- Problem həll etmə bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Logistika üzrə Administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.