Mağaza Meneceri (Emporium Jewellery)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mağaza Meneceri (Emporium Jewellery)

  • Deadline 11 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir..

Vəzifə öhdəlikləri:

  • Kommersiya və Qeyri-kommersiya məhsulları üzrə sifarişi yerləşdirir.
  • Brend standartlarına uyğun olaraq mağazada məhsulların yerləşdirilməsini təşkil edir.
  • Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinin yerinə yetirilməsini təmin edir.
  • VIP satışlar həyata keçirir.
  • Müştəri bazasının potensialının böyüməsini və istifadəsini təmin edir.
  • Müştəri xidməti standartlarına riayət olunmasına nəzarət edir.
  • Satış heyətinin iş qrafikini hazırlayır və ona nəzarət edir.
  • Yeni işçilərin adaptasiyasını keçirir (iş qrafiki, komanda üzvləri, mağazanın daxili qaydaları, dress kodlar, həmçinin mağazada mövcud olan məhsulların ölçüləri, tərkibi və qiymətləri, məhsulların anbarda yerləşdiyi yer və saxlama qaydaları).
  • Mağazanın vaxtında açılıb bağlanmasını təmin edir.
  • Mağazanın müştərilərin qəbulu üçün hazırlanmasını təşkil edir.
  • Mağazada olan nöqsanları müəyyənləşdirir və aradan qaldırılması üçün tədbirlər görür.
  • Mağazada gigiyena, təhlükəsizlik və nizam-intizama riayət olunamsını təmin edir.
  • Şirkət əmlakının təhlükəsizliyini təmin edir, pozuntular aşkar edildikdə dərhal rəhbərliyə məlumat verir.
  • Mağazada malları qəbul edir və yoxlamalarda iştirak edir.
  • Mağazada mövcud olan malların və inventarların saxlanmasına və hərəkətinə nəzarət edir.
  • “Satış texnikası” və “Müştəri xidməti” mövzusunda təlimlər keçir.
  • Mağaza işçiləri üçün məhsul təlimi keçirir.
  • Satış təmsilçilərinin anbar qalıqlarını mükəmməl bilməsi üçün gündəlik iş aparır

Məsuliyyət sahəsi:

  • Alış və satışın təşkili
  • Əsas vəsaitlərin idarəedilməsi
  • Mağazanın idarəedilməsi

 Professional biliklər:

  • Müştəri Xidmətləri
  • Satış Texnikası
  • Merçendayzinq qaydaları
  • Rus və ingilis dili yaxşı səviyyədə
  • MS Office Proqramları

Təhsil:

  • Ali təhsil arzuolunandır

İş təcrübəsi:

  • Zinət əşyalarının satışı sahəsində 4 ildən artıq iş təcrübəsi
  • İdarəetmə sahəsində 2 ildən artıq iş təcrübəsi
  • Sifariş etmə təcrübəsi
  • Bonus sistemi ilə işləmə təcrübəsi

Professional Bacarıq və Kompetensiyalar

  • İdarəetmə bacarığı
  • Liderlik
  • Təşkilatçılıq
  • Satış bacarıqları 
  • Müsahibə aparmaq bacarığı
  • Təlim keçmə bacarığı
  • Ünsiyyət bacarıqları
  • Zamanın idarəolunması
  • Problem həll etmə
  • Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri (Emporium Jewellery)” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily42
  • Weekly573
  • Monthly1213