Marketinq Administratoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq Administratoru

  • Deadline 18 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Marketinq Administratoru Marketinq Departamenti üzrə əsas inzibati və əməliyyat dəstəyini təmin edir, Maliyyə, Hüquq və Hesablaşma komandaları ilə sıx əməkdaşlıq edir. Bu vəzifəyə müqavilələrin hazırlanması, ödəniş proseslərinin koordinasiyası, uyğunluq (compliance) məlumatlarının daxil edilməsi və təchizatçılarla kommunikasiya daxildir. Administrator həmçinin mağaza daxilində keçirilən tədbir və aktivasiyaların icrasında da birbaşa dəstək göstərir və bu işi Aktivasiyalar və Tərəfdaşlıqlar üzrə Rəhbərin nəzarəti altında həyata keçirir. Bu vəzifə əvvəlcədən marketinq təcrübəsi tələb etmir, lakin yüksək təşkilatçılıq, dəqiqlik və ünsiyyət bacarıqları vacibdir.

Vəzifə öhdəlikləri:

İdarə və Uyğunluq Əlaqələndirilməsi:

  • Marketinq ödənişlərinin və müqavilə təsdiqlərinin vaxtında həyata keçirilməsini təmin etmək məqsədilə Maliyyə və Hüquq şöbələri ilə əlaqə saxlamaq;
  • Təchizatçılar, xidmət təminatçıları və tədbir tərəfdaşları ilə müqavilələri hazırlamaq, təşkil etmək və izləmək;
  • Şirkətin ERP sistemində uyğunluq və təchizatçı məlumatlarını daxil etmək və yeniləmək.

Təchizatçı və Proses İdarəçiliyi:

  • Ümumi təchizatçılar və xidmət təminatçıları üçün əsas əlaqələndirici şəxs kimi çıxış etmək, sənədləri və sorğuları idarə etmək;
  • Brend rəhbərləri və ya yuxarı səviyyəli komanda üzvlərinin təlimatları ilə tenderlər keçirmək və təkliflər toplamaq;
  • Bütün alışlar, təsdiqlər və müqavilə razılaşmaları üzrə sənədləşmənin düzgün aparılmasını təmin etmək.

Tədbir və Aktivasiyalara Dəstək:

  • Analitik və Tərəfdaşlıqlar üzrə Rəhbərə tədbirlərin və brend aktivasiyalarının quraşdırılması, logistika və təchizatçı əlaqələndirilməsində yardım göstərmək;
  • Mağaza daxilində və mağaza xaricində keçirilən aktivasiyalar zamanı materialların hazırlanması və sahə üzrə əməliyyat vəzifələrinin icrası;
  • Tədbir sonrası sənədlərin, qəbzlərin və təchizatçı geribildirimlərinin toplanaraq hesabat üçün təqdim edilməsi.

Təhsil:

  • Biznesin İdarə Edilməsi, Marketinq, Kommunikasiya və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi üstünlükdür, lakin tələb olunmur;
  • İnzibati və ya layihə koordinasiyası sahəsində təcrübəsi olan namizədlərə də açıqdır.

İş təcrübəsi:

  • Rəsmi marketinq təcrübəsi tələb olunmur; inzibati, koordinasiya və ya back-office sahəsində təcrübə üstünlük sayılır;
  • ERP sistemləri, təchizatçı idarəçiliyi və ya korporativ sənədləşmə prosesləri ilə tanışlıq üstünlükdür;
  • Marketinq sahəsində staj və ya part-time iş təcrübəsi müsbət qarşılanır.

Professional Bacarıq və Kompetensiyalar:

  • Yüksək təşkilatçılıq, çoxşaxəli işlərə nəzarət və detallara diqqət;
  • Microsoft Office proqramları ilə sərbəst işləmək və marketinq alətləri ilə tanışlıq (məs., sosial media platformaları, e-mail marketinq, analitik və dizayn alətləri);
  • Departamentlərarası aydın kommunikasiya və peşəkar koordinasiya bacarığı;
  • Ödənişlər, müqavilələr və təchizatçı idarəçiliyinə dair inzibati proseslər haqqında əsas anlayış;
  • Komanda yönümlü yanaşma və sahədə aktivasiyalar və zamanlı layihələrdə işləməyə hazırlıq.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq Administratoru” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly341
  • Monthly1471