Sinteks Group of Companies Sinteks Group of Companies
  • 198

Marketinq Generalist

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq Generalist

  • Deadline 12 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Marketinq menecer tərəfindən verilmiş marketinq fəaliyyətlərinin icrası.

Vəzifə öhdəlikləri:

  • Marketinq strategiyasının icrasına kömək edir 
  • Brendin imicinin formalaşdırılmasına kömək edir 
  • Marketinq menecerinin tapşırığı ilə VM işini təşkil edir və icrasına nəzarət edir
  • Marketinq fəaliyyətlərinin icrasına kömək edir
  • Rəqiblərlə müqayisəli qiymət təhlilini aparır.
  • Media planlarının icrasında iştirak edir
  • Bütün sosial şəbəkə və ticarət obyektlərində istifadə ediləcək vizual elementlərin dizaynlarının hazırlanması

Professional biliklər:

  • Reklam, PR və SMA alətləri haqqında biliklər 
  • Marketinq əsasları 
  • Satış məlumatların təhlili
  • Bazar araşdırması və analizi
  • İngilis və rus dili bilikləri 
  • MS Office proqramları
  • SketchUp, Adobe Photoshop, AutoCAD, Adobe Illustrator, Microsoft Excel, Canva proqramları

Təhsil:

  • Marketinq/Biznesin təşkili və idarə olunması sahəsində Ali təhsil 
  • Marketinq üzrə sertifikat

İş təcrübəsi:

  • Marketinq sahəsində 1 il iş təcrübəsi

Professional Bacarıq və Kompetensiyalar:

  • Çox saylı tapşırıqların idarə edilməsi 
  • Nəticə yönümlülük 
  • Yaradıcılıq
  • Ümumi idarəetmə bacarıqları
  • Biznes kommunikasiyası 
  • Zamanın idarə olunması
  • Ünsiyyət bacarıqları
  • Araşdırma bacarıqları
  • Analitik düşüncə

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq Generalist” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1179