Marketinq Mütəxəssisi dəstək rolunu yerinə yetirərək marketinq komandasına media planlarının icrasında, habelə bütün marketinq kampaniyaları və fəaliyyətlərinin həyata keçirilməsində yardım göstərir. Bu vəzifə rəqəmsal və sosial media marketinqi, məzmun yaradılması və istehsalı, tədbirlərin təşkili və inzibati vəzifələri əhatə edən müxtəlif tapşırıqlarda iştirak etməyi tələb edir.
İş şəraiti:
- Şirkət: Sinteks Şirkətlər Qrupuna daxil olan FBCO MMC
- Vakansiya: Marketinq Mütəxəssisi (Marketing Specialist)
- İş Yeri: Sinteks Şirkətlər Qrupuna daxil olan (FBCO MMC)
- İş qrafiki: 5 gün, iş saatı: 09:00-18:00
Vəzifə öhdəlikləri:
Marketinq Kampaniyalarının Dəstəklənməsi:
- Food & Beverage brendləri portfeli üçün marketinq kampaniyalarının hazırlanmasına və həyata keçirilməsinə dəstək olmaq,
- Reklam materiallarının hazırlanması və istehsalında iştirak etmək, mətnlərin yazılması, tədbirlərin təşkili və xarici təchizatçılarla koordinasiyanı əhatə edir,
- Kampaniyanın nəticələrini izləmək, təhlil etmək və təkmilləşdirmələr üçün tövsiyələr vermək.
Məzmun Yaradılması və Tədbir Dəstəyi:
- Brend qaydaları və marketinq məqsədləri ilə uyğun olan blog yazıları, sosial media paylaşımları və veb məzmun hazırlamaq,
- Yüksək keyfiyyətli vizual, video və multimedia məzmunlarının istehsalında yaradıcı komandaya dəstək olmaq,
- Yeni məhsul təqdimatları və satış nöqtəsi daxili aksiyalar (POS aktivlikləri) da daxil olmaqla tədbirlərin planlaşdırılması və həyata keçirilməsində dəstək vermək, təchizatçılar və freelancerlərlə koordinasiya.
İnzibati Vəzifələr:
- Görüşlərin planlaşdırılması, hesabatların hazırlanması, performansın izlənməsi və marketinq bazalarının saxlanılması kimi inzibati vəzifələrdə iştirak,
- Media plan fəaliyyətlərinin, büdcənin və marketinq xərclərinin izlənməsində yardım,
- Marketinq kampaniyaları və qərar qəbuletməyə dəstək məqsədilə araşdırma və məlumat toplama.
Vəzifə tələbləri:
Təhsil:
- Marketinq, Brend İdarəçiliyi, Dizayn, Kommunikasiya, Jurnalistika və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (tamamlanmış və ya davam edən), və ya
- Rəqəmsal marketinq, məzmun yaradılması və ya əlaqəli sahələr üzrə uyğun kurs və sertifikatlar.
Peşəkar Təcrübə:
- Marketinq, reklamçılıq, jurnalistika və ya əlaqəli sahələr üzrə minimum 2 il iş təcrübəsi,
- Marketinq prinsipləri və alətləri barədə əsas anlayış,
Əsas Bacarıqlar:
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları,
- Microsoft Office proqramları və marketinq alətləri (sosial media platformaları, e-poçt marketinq proqramları, analitik vasitələr, dizayn alətləri) ilə tanışlıq,
- Yaradıcı düşüncə və detallara diqqət,
- Çoxsaylı tapşırıqları eyni vaxtda idarəetmə və prioritetləşdirmə bacarığı,
- Dinamik mühitdə öyrənməyə və uyğunlaşmağa hazırlıq.
Müraciət qaydası:
Xahiş olunur, CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.