Sinteks Şirkətlər Qrupuna hal hazırda Məlumat təhlili və hesabatlar üzrə kiçik administrator tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu müvafiq brendlər üzrə hesabatlar üçün məlumatların hazırlanmasına dəstək olmaqdan, məlumatları düzgün toplayaraq sistemə daxil etməkdən və onların dəqiqliyini təmin etməkdən ibarətdir.
Əməkhaqqı: 700 azn Nett
Vəzifə öhdəlikləri:
- Analitik komandasına məlumat toplama və hesabat hazırlığında yardım
- Mövsüm ərzində məhsul satışı və alışının təhlilinin aparılması, müvafiq hesabatların təqdim edilməsi
- Öncədən müəyyən olunmuş cədvəl əsasında məhsulların vaxtında və düzgün gəlməsinə nəzarət edilməsi
- DSSA, Stock, KPI və s. hesabatlarda daxil edilmiş məlumatlarda uyğunsuzluqların, çatışmazlıqların aşkarlanması və zəruri düzəlişlərin edilməsi
- Təqdim edilən standartlara uyğun günlük, həftəlik və aylıq hesabatların hazırlanmasına dəstək
- Data-nın standartlara uyğun saxlanılması
Təhsil:
- Ali təhsil (iqtisadi sahəyə üstünlük verilir)
Təcrübə:
- Maliyyə, Pərakəndə Satış sahələridə 1 il iş təcrübəsi arzuolunandir.
Professional biliklər:
- MS Office proqramları (xüsusi ilə excel)
Professional bacarıqlar və kompetensiyalar:
- Analitik düşüncə
Əlaqə: (+994 12) 497-59-09
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məlumat təhlili və hesabatlar üzrə kiçik administrator” qeyd edərək Müraciət et düyməsində elektron poçt ünvanına göndərə bilərlər.