Sinteks Group of Companies Sinteks Group of Companies
  • 415

Məlumat təhlili və hesabatlar üzrə kiçik administrator

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Məlumat təhlili və hesabatlar üzrə kiçik administrator

  • Истекает 2 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sinteks Şirkətlər Qrupuna hal hazırda Məlumat təhlili və hesabatlar üzrə kiçik administrator tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu: Bu vəzifənin rolu müvafiq brendlər üzrə hesabatlar üçün məlumatların hazırlanmasına dəstək olmaqdan, məlumatları düzgün toplayaraq sistemə daxil etməkdən və onların dəqiqliyini təmin etməkdən ibarətdir.

Əməkhaqqı: 700 azn Nett

Vəzifə öhdəlikləri:

  • Analitik komandasına məlumat toplama və hesabat hazırlığında yardım
  • Mövsüm ərzində məhsul satışı və alışının təhlilinin aparılması, müvafiq hesabatların təqdim edilməsi
  • Öncədən müəyyən olunmuş cədvəl əsasında məhsulların vaxtında və düzgün gəlməsinə nəzarət edilməsi
  • DSSA, Stock, KPI və s. hesabatlarda daxil edilmiş məlumatlarda uyğunsuzluqların, çatışmazlıqların aşkarlanması və zəruri düzəlişlərin edilməsi
  • Təqdim edilən standartlara uyğun günlük, həftəlik və aylıq hesabatların hazırlanmasına dəstək
  • Data-nın standartlara uyğun saxlanılması

Təhsil:

  • Ali təhsil (iqtisadi sahəyə üstünlük verilir)

Təcrübə:

  • Maliyyə, Pərakəndə Satış sahələridə 1 il iş təcrübəsi arzuolunandir.

Professional biliklər:

  •  MS Office proqramları (xüsusi ilə excel)

Professional bacarıqlar və kompetensiyalar: 

  • Analitik düşüncə

Əlaqə: (+994 12) 497-59-09 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məlumat təhlili və hesabatlar üzrə kiçik administrator” qeyd edərək Müraciət et düyməsində elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily22
  • Weekly564
  • Monthly564