İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
- Bu vəzifənin rolu sifariş edilmiş məhsullar haqqında məlumatları sistemə və məlumat bazasına daxil etməkdir.
- Vəzifənin əsas məqsədi sifariş, idxal, qiymət əmsalı (MarkUp), məzənnə və satış qiyməti ilə bağlı məlumatların düzgün, vaxtında və sistemli şəkildə qeydiyyatını təmin etməkdir.
Öhdəlikləri:
Sifariş və məhsul məlumatlarının daxil edilməsi
- Sifariş edilən məhsullar üzrə məlumatları əldə edir və sistemə daxil edir.
- Məlumatların tam və düzgün daxil edilməsini təmin edir.
- Daxil edilən məlumatlarda uyğunsuzluq aşkar etdikdə rəhbərinə məlumat verir.
İdxal məlumatları və logistika bildirişləri
- İdxal olunacaq məhsullara dair məlumatları əldə edir, sistemə daxil edir və logistika şöbəsini məlumatlandırır.
- İdxal məlumatlarının vaxtında sistemə işlənməsini və aidiyyəti tərəflərə ötürülməsini təmin edir.
Qiymət əmsalı və satış qiymətinin formalaşdırılması
- Təsdiqlənmiş qiymət əmsalını (MarkUp) idxal olunan məhsullara tətbiq edir.
- Təsdiqlənmiş məzənnəyə uyğun satış qiymətinin formalaşdırılmasını həyata keçirir.
- Qiymət dəyişiklikləri ilə bağlı məlumatların sistemdə yenilənməsini təmin edir.
Məlumat bazasının yenilənməsi
- Məlumat bazasında məlumatları yeniləyir.
- Sifariş, qiymət və məhsul məlumatlarının sistemli saxlanılmasına dəstək göstərir.
- Məlumatların düzgünlüyünün yoxlanılması üçün tələb olunan cədvəlləri və qeydləri yeniləyir.
Məsuliyyət sahəsi:
- Sifarişlər, çatdırılma sənədləri və məhsul məlumatlarının sistemə daxil edilməsi
- Qiymət əmsalı (MarkUp) və valyuta məzənnəsi üzrə məlumatların işlənməsi
- Satış qiymətlərinin formalaşdırılması üçün məlumat dəstəyi
- Məlumat bazasının yenilənməsi və məlumatların düzgünlüyünün qorunması
Tələblər
Professional biliklər:
- MS Office
- Məlumatların sistemə və ya məlumat bazasına daxil edilməsi, cədvəllərlə işləmə və məlumatların düzgünlüyünün yoxlanılması üzrə praktiki biliklər. (Bu tələb CV-də məlumatların daxil edilməsi, sifariş, məhsul, qiymət, məzənnə, satış qiyməti, hesabat və ya məlumat bazası ilə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
- İngilis dili biliyi: A1 və ya daha yüksək səviyyə arzuolunandır
- Məlumat bazası sistemlərində işləmə bacarığı arzuolunandır
Təhsil:
- Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibatlıq, biznesin idarə edilməsi, üzrə arzuolunandır)
İş təcrübəsi:
- Operator və ya məlumatların daxil edilməsi sahəsində ən azı 6 ay təcrübə
- Məhsul, sifariş və qiymət məlumatları ilə işləmə təcrübəsi üstünlükdür
Professional bacarıq və kompetensiyalar:
- Detallara diqqət və nəticə yönümlülük
- Analitik düşüncə
- Komanda ilə işləmə bacarığı
- Məlumatlarla dəqiq və sistemli işləmə bacarığı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.