Sinteks Group of Companies Sinteks Group of Companies
  • 482

Məlumatların daxil edilməsi üzrə administrator

Məlumatların daxil edilməsi üzrə administrator

  • Deadline 4 Sentyabr 2026

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan 

Vəzifənin təsviri

  • Bu vəzifənin rolu sifariş edilmiş məhsullar haqqında məlumatları sistemə və məlumat bazasına daxil etməkdir.
  • Vəzifənin əsas məqsədi sifariş, idxal, qiymət əmsalı (MarkUp), məzənnə və satış qiyməti ilə bağlı məlumatların düzgün, vaxtında və sistemli şəkildə qeydiyyatını təmin etməkdir.

Öhdəlikləri:

Sifariş və məhsul məlumatlarının daxil edilməsi

  • Sifariş edilən məhsullar üzrə məlumatları əldə edir və sistemə daxil edir.
  • Məlumatların tam və düzgün daxil edilməsini təmin edir.
  • Daxil edilən məlumatlarda uyğunsuzluq aşkar etdikdə rəhbərinə məlumat verir.

İdxal məlumatları və logistika bildirişləri

  • İdxal olunacaq məhsullara dair məlumatları əldə edir, sistemə daxil edir və logistika şöbəsini məlumatlandırır.
  • İdxal məlumatlarının vaxtında sistemə işlənməsini və aidiyyəti tərəflərə ötürülməsini təmin edir.

Qiymət əmsalı və satış qiymətinin formalaşdırılması

  • Təsdiqlənmiş qiymət əmsalını (MarkUp) idxal olunan məhsullara tətbiq edir.
  • Təsdiqlənmiş məzənnəyə uyğun satış qiymətinin formalaşdırılmasını həyata keçirir.
  • Qiymət dəyişiklikləri ilə bağlı məlumatların sistemdə yenilənməsini təmin edir.

Məlumat bazasının yenilənməsi

  • Məlumat bazasında məlumatları yeniləyir.
  • Sifariş, qiymət və məhsul məlumatlarının sistemli saxlanılmasına dəstək göstərir.
  • Məlumatların düzgünlüyünün yoxlanılması üçün tələb olunan cədvəlləri və qeydləri yeniləyir.

Məsuliyyət sahəsi:

  • Sifarişlər, çatdırılma sənədləri və məhsul məlumatlarının sistemə daxil edilməsi
  • Qiymət əmsalı (MarkUp) və valyuta məzənnəsi üzrə məlumatların işlənməsi
  • Satış qiymətlərinin formalaşdırılması üçün məlumat dəstəyi
  • Məlumat bazasının yenilənməsi və məlumatların düzgünlüyünün qorunması

Tələblər

Professional biliklər:

  • MS Office
  • Məlumatların sistemə və ya məlumat bazasına daxil edilməsi, cədvəllərlə işləmə və məlumatların düzgünlüyünün yoxlanılması üzrə praktiki biliklər. (Bu tələb CV-də məlumatların daxil edilməsi, sifariş, məhsul, qiymət, məzənnə, satış qiyməti, hesabat və ya məlumat bazası ilə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
  • İngilis dili biliyi: A1 və ya daha yüksək səviyyə arzuolunandır
  • Məlumat bazası sistemlərində işləmə bacarığı arzuolunandır

​​​​​​​Təhsil:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibatlıq, biznesin idarə edilməsi, üzrə arzuolunandır)

​​​​​​​​​​​​​​İş təcrübəsi:

  • Operator və ya məlumatların daxil edilməsi sahəsində ən azı 6 ay təcrübə
  • Məhsul, sifariş və qiymət məlumatları ilə işləmə təcrübəsi üstünlükdür

​​​​​​​​​​​​​​Professional bacarıq və kompetensiyalar:

  • Detallara diqqət və nəticə yönümlülük
  • Analitik düşüncə
  • Komanda ilə işləmə bacarığı
  • Məlumatlarla dəqiq və sistemli işləmə bacarığı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily89
  • Weekly192
  • Monthly209