Sinteks Group of Companies Sinteks Group of Companies
  • 200

Merçendayzinq üzrə Rəhbər (Head of Merchandising)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Merçendayzinq üzrə Rəhbər (Head of Merchandising)

  • Deadline 6 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş Yeri: Sinteks Şirkətlər Qrupu
  • İş qrafiki: 5 gün, iş saatı: 09:00-18:00 

Bu rol məhsul və assortiment planlaması, satış və stok analizləri, həmçinin bazar və müştəri tələbinin qiymətləndirilməsi üçün cavabdehdir.

Vəzifənin əsas məqsədi qlobal brend strategiyasını yerli bazar ehtiyacları ilə uyğunlaşdırmaq və effektiv assortiment və stok idarəetməsi vasitəsilə kommersiya nəticələrini gücləndirməkdir.

Əsas vəzifələr

  • Qlobal assortiment strategiyasının yerli bazarın tələblərinə uyğunlaşdırılması  
  • Hər sifariş dövründən əvvəl qiymət benchmark analizləri aparmaq və məhsul planlaması ilə sifariş proseslərini H&M brend tərəfdaşları ilə koordinasiya etmək
  • Mağazalar üzrə stok səviyyələrini, məhsul mövcudluğunu, allocation və replenishment proseslərini izləmək
  • Satış, stok, tələbat, müştəri davranışı və bazar trendlərini analiz edərək inkişaf imkanlarını müəyyənləşdirmək və performansı artırmaq
  • Kampaniya, promosiya və digər kommersiya fəaliyyətlərini Retail və Marketing komandaları ilə əməkdaşlıq çərçivəsində dəstəkləmək
  • Məhsul performansını qiymətləndirmək və tövsiyələr vermək üçün mütəmadi mağaza ziyarətləri həyata keçirmək
  • Retail, Visual Merchandising, Marketing, Finance və Logistics komandaları, eləcə də xarici brend tərəfdaşları ilə sıx əməkdaşlıq etmək
  • Rəhbərlik üçün müntəzəm performans hesabatları hazırlamaq

Tələblər

  • Güclü analitik düşüncə və data ilə işləmək bacarığı
  • Excel və digər analitik alətlərlə işləmək bacarığı
  • İngilis dilində sərbəst ünsiyyət bacarığı
  • Güclü kommunikasiya, təqdimat və komanda ilə işləmə bacarıqları
  • Strateji düşüncə və dəyişən mühitə uyğunlaşmaq bacarığı

Təhsil

  • Biznesin idarə olunması, İqtisadiyyat, Maliyyə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi üstünlükdür

Xahiş olunur, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. 

  • Daily0
  • Weekly0
  • Monthly571