Mətbəx Şefi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mətbəx Şefi

  • Deadline 22 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət: Sinteks Şirkətlər Qrupuna daxil olan FBCO MMC
İş yeri: Emporium Cafe (Port Baku)
İş qrafiki: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)

İş yeri haqqında məlumat:

  • Emporium Cafe keyfiyyətli xidmət, rahat atmosfer və fərqli dadları ilə insanların sevimli istirahət məkanlarından biridir. Kafemizdə müasir üslubda təqdim olunan qəhvə, desert və qəlyanaltılar müştərilərimizin gündəlik həyatına ilham qatır. Əsas məqsədimiz hər bir müştəriyə özünü dəyərli hiss etdirəcək davamlı və peşəkar təcrübə yaşatmaqdır.

Əsas məsuliyyətlər:

  • Emporium Cafe mətbəxinin bütün əməliyyatlarına rəhbərlik etmək; məhsulların sifarişindən hazırlıq və servis mərhələsinədək tam məsuliyyət daşımaq
  • Demi Chef və Commis heyətinə rəhbərlik etmək, onların peşəkar inkişafını təmin etmək və təlimlər keçmək
  • Gündəlik və həftəlik hazırlıq siyahılarını tərtib etmək və onların vaxtında icrasını təmin etmək
  • Məhsulların keyfiyyətinə və təqdimatına nəzarət etmək; porsiyaların düzgünlüyünü, stansiyalarda (isti və soyuq mətbəx, anbar və ya soyuq otaq) yarımfabrikat və hazır məhsulların düzgün saxlanılmasını təmin etmək
  • Hazırlıq planlamasının təşkilində brendin Baş Aşpazı və Sous Şefi ilə əməkdaşlıq etmək, təchizat ehtiyaclarını düzgün şəkildə bildirmək
  • Mətbəx heyətinin peşəkar inkişafını dəstəkləmək və təcrübə mübadiləsi aparmaq
  • Mətbəxdə səmərəli və koordinasiyalı əməliyyat axınını təmin etmək
  • Yeni menyu elementlərinin yaradılması və test mərhələsində aktiv iştirak etmək
  • Sanitar-gigiyenik qaydalara, təhlükəsizlik və HACCP prosedurlarına birbaşa nəzarət etmək

Axtarılan keyfiyyətlər:

  • Fine Dining və/və ya Set Menyu üzrə biliklər, müasir mətbəx texnikalarına açıq yanaşma
  • Kreativ düşüncə və məhsul təqdimatına estetik yanaşma
  • Yüksək təşkilatçılıq qabiliyyəti və məsuliyyət hissi
  • Komanda ilə işləmək və ümumi performansa töhfə vermək bacarığı
  • Kiçik komanda ilə effektiv işləmə bacarığı

Tələblər:

  • Orta ixtisas və ya ali təhsil
  • Minimum 5 il A’la carte mətbəx təcrübəsi və komanda idarəetmə bacarığı

Əlavə imkanlar:

  • Rəsmi əmək müqaviləsi
  • Nahar ilə təmin olunma
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
  • Müasir və rahat iş mühiti

Xahiş olunur, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.

  • Daily19
  • Weekly504
  • Monthly1936