Sinteks Group of Companies Sinteks Group of Companies
  • 195

Məzmun üzrə Koordinator (Content Manager)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Məzmun üzrə Koordinator (Content Manager)

  • Истекает 8 ноябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş qrafiki: 5 gün, iş saatı: 09:00-18:00 

Kontent üzrə Koordinator şirkətin restoran, kafe və digər F&B layihələrində sosial media və rəqəmsal platformalar üçün cəlbedici məzmunun hazırlanması və koordinasiyasına cavabdehdir. Bu vəzifəyə gündəlik kontentin yaradılması və seçilməsi, menyuların, mövsümi kampaniyaların və məhsul təqdimatlarının vurğulanması daxildir. Vəzifə həmçinin foto/video çəkilişlərin hazırlanması, yeməklərin və içkilərin stilizasiyası ilə bağlı aktiv iştirak tələb edir, eləcə də yaradıcı şəxslər, aşpazlar, baristalar və influenserlərlə əməkdaşlıq nəzərdə tutur.

Vəzifə öhdəlikləri:

Kontentin Planlaşdırılması və Hazırlanması:

  • F&B kampaniyalarına uyğun menyu təqdimatları, mövsümi kampaniyalar və qida/videoların hazırlanması;
  • Yemək və içki çəkilişləri üçün stilizasiya, süfrə dekorasiyası və məzmun konseptlərinin hazırlanması;
  • Çəkilişlər üçün aşpazlar, baristalar, fotoqraflar və videoqraflarla koordinasiya.

Sosial Media və Rəqəmsal Koordinasiya:

  • Instagram, TikTok və digər platformalar üçün gündəlik məzmunun yerləşdirilməsi;
  • Onlayn sifariş platformaları (Wolt, Bolt Food) üçün uyğun kontentin hazırlanması;
  • Sosial media performansının izlənilməsi, UGC və rəylərin analizi.

Tərəfdaşlıqlar və İcma ilə Əlaqə:

  • Yemək bloqqerləri, həyat tərzi influenserləri və tədbir tərəfdaşları ilə əməkdaşlıq;
  • Degustasiya tədbirləri, ustad dərsləri (məsələn, çörək bişirmə, qəhvə hazırlığı) üçün məzmunun təşkili;
  • Sosial media qarşılıqlı əlaqələrinin peşəkar idarə olunması.

Əlavə Öhdəliklər:

  • Aylıq kontent planını idarə etmək və ayın əvvəlində əsas marketinq planına uyğun şəkildə təqdim etmək;
  • Brendlərin qlobal rəqəmsal aktiv platformasından istifadə etmək, uyğun dizaynları seçmək və onları yerli bazara uyğunlaşdırmaq;
  • Kontent istehsalında ocialtor rolunu yerinə yetirmək: videoqraf, fotoqraf və digər vendorları idarə etmək;
  • Canva və digər ocial istehsalı alətlərindən istifadə edərək foto və video redaktəsi bacarığı;
  • Gündəlik ocial (stories, paylaşım üçün vizuallar) hazırlamaq və redaktə etmək;
  • Müştərilərin ocial media üzərindən göndərdiyi mesajlara cavab vermək.

Vəzifə tələbləri:

Təhsil:

  • Marketinq, Rəqəmsal Media, Kommunikasiya və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi, və ya
  • Kontent istehsalı və ya 
  • Sosial media idarəçiliyi üzrə peşəkar sertifikat, və ya
  • F&B və ya həyat tərzi kontenti üzrə iş və ya frilans təcrübəsi.

Peşəkar Təcrübə:

  • Kontent yaradılması və sosial media sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yemək və içki məzmununun hazırlanması, aşpazlar və baristalarla əməkdaşlıq təcrübəsi;
  • F&B və ya qonaqpərvərlik sektorunda təcrübə üstünlükdür.

Əsas Bacarıqlar:

  • Sosial media platformaları və F&B məzmun trendləri üzrə güclü anlayış;
  • Yemək fotoqrafiyası, videolar və təqdimatların hazırlanmasında bacarıq;
  • Canva, Adobe Creative Cloud və sosial media idarəetmə platformalarında səriştə;
  • Güclü ünsiyyət və təşkilati bacarıqlar

Müraciət qaydası:
Xahiş olunur, CV-nizi
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.

  • Daily0
  • Weekly495
  • Monthly857