1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
CRM Meneceri şirkətin müştəri əlaqələrinin idarəedilməsi strategiyalarının hazırlanması və həyata keçirilməsinə cavabdehdir. O, CRM sistemini idarə edir, müştəri məlumatlarından effektiv istifadəni təmin edir və müştəri sadiqliyini və əlaqəsini artırmaq məqsədilə təşəbbüslər həyata keçirir. CRM Meneceri marketinq komandası, satış bölməsi və mağaza heyəti ilə sıx əməkdaşlıq edərək şirkətin biznes məqsədlərinə uyğun CRM planları hazırlayır və icra edir. Müştəri seqmentasiyasının düzgün aparılmasını, məlumatların toplanmasını, birbaşa marketinq fəaliyyətlərinin dəstəklənməsini və müştəri münasibətlərinin gücləndirilməsini təmin edir, həmçinin mağaza heyəti üçün CE/CX (Müştəri Təcrübəsi) üzrə təlimlər həyata keçirir.
Vəzifə öhdəlikləri:
CRM Strategiyası və İcrası:
- Müştəri sadiqliyi, saxlanılması, ömürlük dəyəri və ümumi mükəmməl müştəri təcrübəsini artırmaq məqsədilə effektiv CRM strategiyaları hazırlamaq və tətbiq etmək;
- CRM sisteminin inkişafı, texniki xidmət və dəyişikliklərinə nəzarət etmək, onun biznes ehtiyaclarına uyğunluğunu və marketinq strategiyasına dəstək verdiyini təmin etmək;
- Müştəri seqmentasiyası, biznes ehtiyacları və məlumat analizi əsasında hədəfli CRM kampaniyaları hazırlamaq və həyata keçirmək.
Məlumatların İdarəedilməsi və Problemlərin Həlli:
- Fərdiləşdirilmiş marketinq təşəbbüslərini dəstəkləmək üçün müştəri məlumatlarının toplanması, təhlili və istifadəsini idarə etmək; CRM məlumatlarının digər biznes sistemləri və platformaları (e-mail marketinq, avtomatlaşdırma, sosial media texnologiyaları və s.) ilə inteqrasiyasını təmin etmək;
- CRM komandası ilə birlikdə müştəri şikayətləri, problemləri və digər geribildirimlərin həllinə rəhbərlik etmək;
- Məlumat əsaslı CRM planlarını marketinq komandası və mağaza satış heyəti üçün gücləndirici təlimlərə inteqrasiya edərək ümumi müştəri təcrübəsinin artırılmasına töhfə vermək.
Komanda İdarəçiliyi və Əməkdaşlıq:
- CRM strategiya və kampaniyalarının effektiv həyata keçirilməsi məqsədilə CRM Administrator(lar)ı üçün iş həcmini müəyyənləşdirmək, onlara rəhbərlik və mentorluq etmək;
- Marketinq, satış və İT daxil olmaqla müxtəlif funksional komandalarla əməkdaşlıq edərək CRM təşəbbüslərinin bütün biznes bölmələrində ardıcıl şəkildə tətbiqini təmin etmək;
- CRM üzrə ən yaxşı təcrübələr, alətlər, müştəri təcrübəsi və texnologiyalar sahəsində bütün komanda üzvlərinə, o cümlədən mağaza satış heyətinə təlim və dəstək göstərmək.
Professional Biliklər:
- Güclü strateji planlaşdırma və layihə idarəetmə bacarıqları;
- CRM sistemləri və alətləri ilə işləmək bacarığı (məsələn, 1C, Salesforce, HubSpot);
- Əla məlumat analizi və hesabat hazırlama bacarıqları;
- Güclü kommunikasiya və liderlik bacarıqları;
- Müştəri seqmentasiyası, sadiqlik proqramları və münasibət marketinqi haqqında dərin anlayış;
- Sürətli və dinamik mühitdə işləmək və çoxsaylı vəzifələri idarə etmək bacarığı.
Təhsil:
- Marketinq, Biznesin İdarə Edilməsi, Kommunikasiya, Data Analitikası və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi, və ya
- Marketinq, CRM, data analitikası və ya əlaqəli sahələr üzrə beynəlxalq peşəkar sertifikat (məsələn, CIM, PCM, CDMP, Salesforce, HubSpot, Microsoft Dynamics və ya ekvivalent).
İş təcrübəsi:
- CRM idarəçiliyi sahəsində minimum 5 il iş təcrübəsi, bunun azı 2 ili rəhbərlik səviyyəsində olmalıdır;
- Moda pərakəndə satışı və ya istehlakçı yönümlü sahələrdə iş təcrübəsi üstünlükdür.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Menecer” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.