İş yeri: Emporium Cafe (Sea Breeze)
İş yeri haqqında məlumat:
- Emporium Cafe keyfiyyətli xidmət, rahat atmosfer və fərqli dadları ilə insanların sevimli istirahət məkanlarından biridir. Kafemizdə müasir üslubda təqdim olunan qəhvə, desert və dünya mətbəxindən təamlarla, mövsümi menyular ilə müştərilərimizin gündəlik həyatına ilham qatır. Bizim əsas məqsədimiz – hər müştəriyə özünü dəyərli hiss etdirəcək davamlı və peşəkar bir təcrübə yaşatmaqdır.
Vəzifənin məqsədi:
- Kafeyə daxil olan müştəriləri yüksək səviyyədə qarşılamaq, menyu haqqında məlumat vermək, sifarişlərin düzgün və vaxtında yerinə yetirilməsini təmin etməklə müştəri məmnuniyyətinə nail olmaq.
Əsas məsuliyyətlər:
- Kafeyə daxil olan müştəriləri gülərüzlə və nəzakətlə qarşılamaq;
- Menyunu mükəmməl öyrənmək, müştərilərə məhsullar haqqında məlumat və tövsiyələr vermək;
- Müştərilərin sifarişini qəbul edib, vaxtında mətbəxə və bara ötürmək;
- Sifarişlər hazır olduqda onları düzgün şəkildə müştəriyə təqdim etmək;
- Masaların və zalın hər zaman təmiz və səliqəli olmasını təmin etmək;
- Sanitar-gigiyenik normalara riayət etmək və şəxsi gigiyenaya diqqət yetirmək;
- Kafe daxilində anbar və digər sahələrin səliqəli saxlanmasında iştirak etmək;
- Servis üçün istifadə olunan stəkanlar, boşqablar və digər qabların cilalanması və parıldadılması ilə məşğul olmaq (polish prosesi)
- Tabe olduğu Kafe Menecerinin bütün göstərişlərini yerinə yetirmək.
Axtarılan keyfiyyətlər:
- Komandada işləmə bacarığı
- Səliqə-sahman və təmizliyə diqqət
- Yüksək intizam və məsuliyyət hissi
- Müştəri yönümlü davranış və ünsiyyət bacarığı
Tələblər:
- Xanım / Bəy
- Orta və ya ali təhsil
- Əlaqəli sahədə minimum 1 il iş təcrübə
Əmək Şəraiti:
- Əmək haqqı: Müsahibə zamanı bildiriləcək
- İş rejimi: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)
Əlavə imkanlar:
- Rəsmi əmək müqaviləsi
- Nahar ilə təmin olunma
- Nəqliyyat xərcinin qarşılanması
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
- Müasir və rahat iş mühiti
Müraciət qaydası
- Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofisiant” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 010 253 08 81 Whatsapp nömrəsinə göndərə bilərlər.