İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
- Rəqəmsal Marketinq Meneceri, satışları artırmaq, onlayn əlaqəni gücləndirmək, veb trafik və rəqəmsal icma formalaşdırmaq məqsədilə rəqəmsal marketinq strategiyalarının hazırlanması və tətbiqinə cavabdehdir. O, şirkətə məxsus bütün rəqəmsal və sosial media platformalarında məzmunun keyfiyyəti, miqdarı və ardıcıllığını təmin edir, rəqəmsal performans üzrə hesabatların hazırlanmasına nəzarət edir və marketinq texnologiyalarının tətbiqini təşviq edir. Həmçinin rəqəmsal aktivlərə dair idarəetməni həyata keçirir, bütün səhifə, hesab və məzmunların şirkətin standart və brend kimliyinə uyğunluğunu təmin edir.
Rəqəmsal Strategiya və Tətbiq:
- Onlayn görünürlüğü artırmaq, əlaqəni və konversiyanı (satışları) gücləndirmək və ümumi rəqəmsal təsiri artırmaq üçün genişmiqyaslı rəqəmsal marketinq strategiyaları hazırlamaq və icra etmək;
- Axtarış metodlari , sosial media / AdTech və e-mail marketinq platformaları daxil olmaqla müxtəlif kanallar üzrə rəqəmsal kampaniyaları planlaşdırmaq və idarə etmək;
- Sosial media səhifə və hesablarını idarə edən bir neçə sosial media administratoru üçün işin həcmini müəyyənləşdirmək və onlara rəhbərlik etmək.
Məzmun Hazırlığı və Rəqəmsal İdarəetmə:
- Bütün rəqəmsal və sosial platformalarda yüksək keyfiyyətli məzmun yaradılması və kurasiyasını təmin etmək;
- Rəqəmsal kampaniyalar üzrə KPI göstəricilərini ölçmək üçün panel və hesabat sistemləri hazırlamaq, rəqiblərin araşdırılmasını aparmaq və rəqəmsal performansı yaxşılaşdırmaq üçün tövsiyələr təqdim etmək;
- Veb saytlar, sosial media səhifələri və digər onlayn platformalar daxil olmaqla bütün rəqəmsal aktivlərin idarə olunmasına nəzarət etmək, brend kimliyinə uyğun məzmun ardıcıllığını təmin etmək.
Marketinq Texnologiyalarının Tətbiqi:
- Rəqəmsal marketinq proseslərini avtomatlaşdırmaq və optimallaşdırmaq məqsədilə marketinq avtomatlaşdırma vasitələri və kommunikasiya texnologiyalarını araşdırmaq, tövsiyə etmək, tətbiq etmək və idarə etmək;
- Marketinq komandası üçün rəqəmsal alətlərin, texnologiyaların və platformaların effektiv istifadəsi üzrə təlim və dəstək göstərmək;
- Rəqəmsal marketinq sahəsindəki son tendensiyalar, vasitələr və yaxşı təcrübələrlə gündəmdə qalmaq və şirkətin rəqəmsal rəqabətliliyini təmin etmək.
Tələblər
Professional biliklər:
- Rəqəmsal marketinq strategiyası, kanal planlaşdırması, kampaniya tətbiqi və rəqəmsal performansın artırılması üzrə praktiki biliklər (Bu tələb CV-də rəqəmsal strategiya, kampaniya planlaşdırılması, kanal strategiyası, kontent/məzmun planı, onlayn görünürlük, trafik, və ya rəqəmsal performans optimizasiyası üzrə təcrübə göstərildikdə qarşılanmış hesab edilir).
- Məzmun idarəetmə sistemləri, sosial media platformaları, reklam/analitika və marketinq avtomatlaşdırma alətləri ilə işləmək bacarığı (Bu tələb CV-də CMS, veb-sayt/kontent idarəetməsi, Meta/Instagram/Facebook/TikTok/LinkedIn, Google Ads/Analytics, e-mail marketinq platformaları, CRM, marketing automation, kontent planlaşdırma və ya kampaniya hesabat alətləri üzrə təcrübə göstərildikdə qarşılanmış hesab edilir).
- Rəqəmsal performansın ölçülməsi, KPI, hesabat, dashboard və analitika üzrə praktiki bacarıq (Bu tələb CV-də kampaniya nəticələrinin təhlili, performans hesabatları, KPI izlənməsi, rəqib araşdırması, dashboard, trafik/conversion göstəriciləri və ya optimizasiya tövsiyələri üzrə təcrübə göstərildikdə qarşılanmış hesab edilir).
Təhsil:
- Ali təhsil (Marketinq, Rəqəmsal Media, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə arzuolunandır) və ya rəqəmsal marketinq, sosial media idarəçiliyi, marketinq avtomatlaşdırması və ya əlaqəli sahə üzrə müvafiq peşəkar sertifikat.
İş təcrübəsi:
- Rəqəmsal marketinq, onlayn marketinq, performans marketinqi, sosial media, məzmun marketinqi, SEO/SEM, e-mail marketinq və ya rəqəmsal kampaniya idarəçiliyi üzrə ən azı 3-4 il iş təcrübəsi; bu təcrübənin ən azı 1-2 il komanda, layihə, kampaniya, agentlik/vendor və ya rəqəmsal proseslərin idarə edilməsi səviyyəsində olmalıdır.
- Rəqəmsal kampaniyaların və onlayn cəlbetmə təşəbbüslərinin idarə edilməsi üzrə praktiki təcrübə. (Bu tələb CV-də paid social, paid search, SEO/SEM, e-mail marketinq, kontent/məzmun kampaniyaları, sosial media artımı, community management, traffic/conversion artırılması, lead generation və ya kampaniya optimizasiyası üzrə təcrübə göstərildikdə qarşılanmış hesab edilir).
Professional bacarıq və kompetensiyalar:
- Məzmun idarəetmə sistemləri, sosial media platformaları və marketinq avtomatlaşdırma vasitələri üzrə bacarıq;
- Layihə idarəetməsi və təşkilati bacarıqlar;
- Analitik təfəkkür, məlumatların təhlili və onlardan praktik nəticələr çıxarma bacarığı;
- Yaradıcı düşüncə, problem həll etmə, effektiv kommunikasiya və komanda ilə əməkdaşlıq bacarığı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.